YAMAC

is. Dağın, təpənin ən yüksək nöqtəsindən aşağıya mayili səthi. Dağ yamacı. Yamaca qalxmaq.
– Sürü-sürü qoyunları çoban yamacda otladar; Alar ələ papağını, oxur şikəstə, fit çalar. A.Səhhət.
Naltökən dağları yel kimi keçər; Hər zümrüd yamacdan bir çiçək seçər. S.Vurğun.
Güney yamaclarda yerləşən şəhər bu gün lap tez yuxudan qalxmışdı. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAMAC YAMAC [Alo:] O biri şəriklər də ağzını tutub yamaca, sən də həmişə fikirdə, sükutdasan (S.Rəhimov); DAĞ(IN) DÖŞÜ Mən buradan şəhərin arxa tərəfindəki

Etimologiya

  • YAMAC Əsli mənbələrdə yandağ kimi göstərilib, dağın yan tərəfi (döşü) deməkdir. Təhrif nəticəsində yanmac, sonra isə yamac şəklinə düşüb
YAM-YAM
YAMACLI
OBASTAN VİKİ
Yamac
Maili səth və ya yamac — yer səthinin maili hissəsi, müsbət və mənfi relyef formalarını ayırır. Mənşəinə görə M.s. ilkin (dəniz altından çıxmış) tektonik struktur, denudasion, akkumulyativ və ya erozion ola bilər. M.s. əksəriyyəti mürəkkəb mənşəli olub, yamac prosesləri nəticəsində yaranır və müəyyən dəyişikliyə uğrayır. Sin.: yamac. == Yamac == — dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Yamac geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meyilli, qabarıq, batıq və pilləli formada olur. Yamac, adından göründüyü kimi, səthi mailli olan sahələrə deyilir. Yamacın əksinə olaraq üfüqi səthi olan sahələr – hamar düzənliklərə ayrılır.
Akkumulyativ yamac
Yamac buzlağı
Yamac buzlağı (rus. склоновый ледник, ing. slope glacier) — zəif parçalanmış dağların yamaclarında geniş ərazini əhatə edən buzlaq. Adətən dağların yalından başlayaraq aşağıya doğru hərəkət edir və qısa dil əmələ gətirir. Y. b. dərə buzlaqlarından parçalanmamış yamacda yerləşməsi ilə fərqlənir.
Yamac prosesləri
Yamac prosesləri (rus. процессы склоновые, ing. slope processes) — yamacların əmələ gəlməsi proseslərinin məcmuu olub, yumşaq materialların və yaxud yamacı təşkil edən ana süxurlardan ibarət qayma və qırıntı materialların yerdəyişməsi prosesi.
Eroziyalı Yamaclardan İstifadə edilməsi (1983)
Eroziyalı yamaclardan istifadə edilməsi (film, 1983)
Kiçik Qafqazın şimal-şərq yamacı
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri

Kokuriko yamaclarından
Kokuriko-Zaka Kara (コクリコ坂から, hərfi Kokuriko yamaclarından (fr. coquelicot - lalə gülünün yabanı növü)) — Takahaşi Tedzuranın illüstrasiyaları ilə olan Tetsuro Sayamanın şöco manqası və rejissor Qoro Miyazakinin eyniadlı tammetrajlı anime-filmi. == Manqa == Manqa Kodansha nəşriyyatının "Nakayoshi" jurnalında 1980-ci ilin yanvar ayından avqusta qədər çap olunmuşdur. Nakayoşi imprinti ilə 2 cild sayında çıxmışdır. == Məzmun == Gənc yaşlı Umi beş nəfərlik ailəsinin ən böyük qızıdır. Atasının gəmisi Koreya müharibəsi zamanı minaya düşmuşdü amma Umi onun dönəcəyinə inanır və atasının dönmə ehtimalına qarşı hər gün evlərinin önündəki bayrağı qaldırır. Bu günlərdə də oxuduğu liseyə yeni əmələ gələn bir şagird hərəkatına qatılıb, bir tərəfdən gənc Şuna aşiq olur. Amma onların aralarında heç birinin təxmin edə bilmədiyi fərqli bir bağlılıq ortaya çıxacaq. == Mükafatlar == Film Yaponiyada 4,46 milliard yen (57,81 million dollar) toplamağla 2011-ci ilin ən gəlirli filmi oldu.
Osamu Yamaci
Osamu Yamaci (d. 31 avqust 1929) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Qızılı Yamaclar (1982)
== Məzmun == Film Azərbaycanın tanınmış təsərrüfat rəhbəri, kolxoz sədri N.V.Nikitin (İsmayıllı bölgəsi) haqqındadır.
Qızılı yamaclar (film, 1982)
== Məzmun == Film Azərbaycanın tanınmış təsərrüfat rəhbəri, kolxoz sədri N.V.Nikitin (İsmayıllı bölgəsi) haqqındadır.
Yamaclar
Yamaclar — Şərur rayonunun Xələc kəndində Son Tunc və İlk Dəmir dövrlərinə aid yaşayış yeri. Geniş arxeoloji axtarışlar və qazıntılar aparılmamışdır. Əldə olunmuş maddi-mədəniyyət qalıqlarına əsasən Yamaclar yaşayış yerinin e. ə. III-I minilliklərə aid olması ehtimal edilir.
Yamaclar yaşayış yeri

Yamacların səmtliyi
Yamacların səmtliyi (rus. экспозиция склонов, ing. aspect) — cəhətlərə görə dağların, dərələrin, yarğanların, qobuların və digər relyef formalarının yamaclarının istiqaməti.
Yamacların yatması (batması)
Yamacların yatması (rus. оседание склонов, ing. subsidence of slopes) — N. Sokolova görə çat və pozulmalar boyunca yamaclarda süxurların bloklar boyunca batmasıdır. Uçqunların əmələ gəlməsində böyük rol oynayır.
Yamacların çəkilməsi
Yamacların çəkilməsi (rus. отступание склонов, ing. back wearing, retreat of slopes, waning of slope) — yamacların geri çəkilməsi, yerdəyişməsi. Bu proses yamacları təşkil edən süxurların əsasən fiziki aşınma nəticəsində aşınmış materialların yamacların ətəklərindən nəql edilməsi sayəsində baş verir. Bu proses arid və semiarid iqlim şəraitində yerləşən vilayətlərdə kəskin gedir.
Yamacın dabanı
Yamacın dabanı (rus. подошва склона, ing. foot of slope, toe of slope) — dağın ətəyi, dar keçid zolağı olub, planda dağlıq qurşağı və onun sərt yamaclarını sərhədləndirən düz və maili səth.
Yamacın dikliyi
Yamacın dikliyi (rus. крутизна склона, ing. steepness of slope) — yamacın dikliyiüfqi səthlə yamac səthi arasında bucaq /diklik/. Yamacın dikliyi adətən dərəcə ilə ifadə olunur və onun təyin olunması üçün topoqrafik xəritələrdə horizontalların yerləşmə şkalasından istifadə olunur.
Yamacın hamarlanması
Yamacın hamarlanması (rus. выполаживание склонов, ing. downwearing of slopes, flattening of slopes) — denudasiya bazisinin sabit vəziyyətində denudasiya proseslərinin təsiri altında yamacların alçalması və yastılanması /hamarlanması.
Yamacın profili
Yamacın profili (rus. профиль склона, ing. profile of slope) — köndələn kəsilişdə yamacın forması (düşmə xətti üzrə). Bu əsas etibarilə dərinlik eroziyası və denudasiyanın münasibətindən, süxurların yatımından və xüsusiyyətlərindən, iqlim şəraitindən, yamacın səmtindən, bitki örtüyündən asılı olur. Yamacın profili düz, əyri, qabarıq, pilləli və mürəkkəb ola bilər.

Digər lüğətlərdə