Miss Azərbaycan Gözəllik yarışması
Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımını seçim məqsədi ilə keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib. “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.