Miss Azərbaycan Milli Gözəllik yarışması — (Miss Azerbaijan) Azərbaycanda ölkənin ən gözəl xanımlarını seçim məqsədi ilə hər il keçirilən milli gözəllik müsabiqəsi. Qaliblər Azərbaycanı beynəlxalq gözəllik müsabiqələrində təmsil edirlər. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə 1996-cı ildə keçirilib.[1] “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycanda 1996-cı ildən etibarən keçirilir. “Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Müsabiqənin qalibləri və finalçıları beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə geniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır.
Müsabiqənin təsisçi və təşkilatçısı -Orduxanova Anelya Abdullayevnadır. İxtisasca jurnalist, publisist və yazıçıdır.
Azərbaycanlı xanımların beynəlxalq gözəllik müsabiqələrində ilk iştirak tarixi inqilabdan əvvəlki dövrdə başlayır. Belə ki, 1912-ci ildə Tiflisdə keçirilən "Miss Qafqaz" gözəllik müsabiqəsində şöhrət çələngini və Rusiyanın cənub gözəli titulunu Azərbaycanlı bəy Mir Əsgərxan Talışinskinin qızı Tuğra xanım Talışinskaya qazanmışdır, sonradan ona artıq ümumrusiya gözəllik yarışmasında "Miss Rusiya 1912" adı verilmişdir.[2][3][4]
Daha böyük uğurları Sona xanım Mehmandarova qazanmışdır, o, Lənkəran şəhər rəisi Nağı bəyin qızı və Azərbaycan Demokratik Respublikasının hərbi naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi.[5]
Lənkəranlı gözəlin ilk uğrunu ictimai məclisin yeni binasında (indiki Azərbaycan Dövlət Filarmoniyası) keçirilən və Bakının bütün kübar aləminin toplaşdığı Bakı gözəllik yarışmasında qalib gələrək əldə etdi. Bu uğur gənc əyalət qızının parlaq, lakin çətin taleyində dönüş nöqtəsi oldu. Ardından Tiflisdə "Miss Qafqaz" müsabiqəsində qalibiyyət gəldi, daha sonra ümumrusiya yarışlarında möhtəşəm müvəffəqiyyət və "Miss Rusiya" titulunu qazandı.[5]
Nəhayət Sona Mehmandarovanın baş zəfərl "Dünya Gözəli" adlı Paris gözəllik yarışmasının zümrüd tacı və Qran-prisi oldu [5] Heyrətə salan uğurdan sonra "Dünya gözəli" Rusiya paytaxtının mərkəzində dəbdəbəli malikanə alır, Peterburqa köçür və kübar həyatın fəal iştirakçısına çevrilir. O, Bakıya yalnız yarım əsr sonra, 1966-cı ildə qayıtdı[2][4], hansı qəbirstanlığda basdırıldığı haqda dəqiq məlumat yoxdur.[6]
1996-ci il avqustun 15-də Bakıda Opera və Balet Teatrında ölkə müstəqillik əldə etdikdən sonra ilk dəfə milli gözəllik müsabiqəsi keçirilmişdir, hansı ki ilkin olaraq "Miss Bakı" adlandırılırdı. Müsabiqənin Nərminə Zərbəliyeva aşkar favoriti sayılırdı ki, nəticədə elə o, qalib gəldi. "Vitse-Miss Bakı" ikinci gözəllik titulunu Natella Kərimova əldə etdi.[7]
1997-ci ildən başlayaraq müsabiqə "Miss Azərbaycan" adlandırıldı, tacı isə Rzayeva Gülsara qazandı. Ötən ilki qalib isə "Vitse-miss Azərbaycan " titulunun sahibi oldu.
İl | Ad | Doğma şəhəri | Qeyd |
---|---|---|---|
1996 | Nərminə Zərbəliyeva[8] | Bakı | İstanbulda keçirilən "World's Best Model 1995" müsabiqəsində iştirak etmişdi |
1997 | Gülsara Rzayeva[8] | Bakı | |
1998 | Fatimə Abasquliyeva[8] | Bakı | |
1999 | keçirilməmişdir | Bakı | |
2000 | Aygün Rüstəmli[8] | Bakı | |
2001 | Validə Abasova[8] | Bakı | |
2002 | Lalə Mustafayeva[8] | Bakı | |
2003 | Səbinə Haşımova[9] | Bakı | |
2004 | Olesya Sergeyeva[10] | Bakı | Çinin Huhhot şəhərində keçirilən "Miss Intercontinental 2004" müsabiqəsində iştirak etmişdi |
2005 | Şövkət Qasımova[11] | Bakı | |
2006 | Günay Musayeva[12] | Bakı | |
2010 | Gülnarə Əlimuradova[13][14] | Bakı | Sponsor olmadığından o, "Miss Kainat 2010" müsabiqəsində iştirak etmədi |
2012 | Aysel Manafova[8] | Bakı | Moskvada keçirilən "Miss Kainat 2013" iştirak edərək, "Miss Kainat" yarışlarına qatılan ilk "Miss Azərbaycan" idi.
Onu müsabiqənin əsas təşkilatçılarından biri Araz Ağalarov dəstəkləyirdi |
2013 | Fidan Məmmədova[8] | Bakı | |
2014 | Cavidan Qurbanova[8] | Bakı | İspaniyada keçirilən "Queen of the Universe 2015"-də üçüncü yeri tutmuşdu və "Miss Photogenic Award" mükafatını qazanmışdır |
2015 | Nataliya Sokolevskaya[8] | Qomel | |
2016 | Oksana Barxatova[8][15] | Rostov | |
2017 | Raziyət Əliyeva[16] | ||
2018 | Nərminə Hacıyeva[17] | Bakı | |
2019 | Səmra Hüseynova[18] | Sumqayıt | |
2020 | Banu Şucai[18] | Bakı | |
2021 | Milan Babayeva[19] | Bakı | |
2022 | Nurlana Vəliyeva[20] | Bakı | |
2023 | Kameliya Yussef[21] | Moskva |
2002-ci ildə Bakıda ilk dəfə "Miss Xəzər - 2002" adlı Xəzəryanı ölkələrin beynəlxalq gözəllik müsabiqəsi keçirildi, qalib Azərbaycan təmsilçisi Lalə Mustafayeva oldu.[22][23]
2012-ci ilin sentyabrında Bakıda "Miss Civilization of The World 2012" beynəlxalq gözəllik müsabiqəsi keçirildi, yarışda dünyanın 24 ölkəsindən modellər 25 000 avro dəyərində brilyant tacı uğrunda mübarizə aparırdılar.[24][25] Qalib Monteneqro təmsilçisi Jovana Lekic oldu.[25]
2003-cü ildə Azərbaycanlı gənc gözəl Natəvan Hacıyeva ABŞ-də hər il keçirilən "Balacaların dünyası" adlı uşaqlar arası gözəllik müsabiqəsinin qalibi olmuşdur. Natəvan bütün nominasiyalarda hər kəsi üstəliyərək, iki kubok və yeddi medal qazandı.[26]
2009-cu ilin martında Azərbaycanın iki təmsilçisi Aygül Məmmədova və Bahar Şıxəliyeva Türkiyənin Antalya şəhərində keçirilən əlil qadınların Beynəlxalq gözəllik müsabiqəsində ilk dəfə iştirak etdilər.[27]
Azərbaycan "Miss Kainat" yarışmalarında ilk dəfə 2013-cü ildə təmsil olundu. Azərbaycanın göndərdiyi iştirakçı "Miss Azərbaycan 2012" adını qazanan Aysel Manafova oldu.[28]
"Bahar gözəli" müsabiqəsi Azərbaycanın bir çox rayonlarında və Bakı şəhərində Novruz bayramı ərəfəsində keçirilir. Müsabiqədə qalib gəlmək üçün qızlar gözəl şeir oxumağı, rəqs etməyi, bəlağətli danışağı, səliqə-sahman yaratmağı, güldan bəzəməyi bilməlidir. Qalib gələn gənc qız bayram tədbirlərində baharı simvolizə edən "Bahar gözəli" rolunu ifa edir.[29]
2007-ci il iyulun 13-də Bakıda "Karvan" şadlıq sarayında Azərbaycan moda assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Balaca miss və mister Azərbaycan-2007" müsabiqəsinin final mərhələsi keçdi. Qaliblər üç yaş dərəcələrində müəyyən olunmuşdur: böyük yaş kateqoriyası 13-dən 15 yaşa qədər - Sara Əliyeva, Elnur Abbasov, orta yaş kateqoriyası 9-dan 12 yaşa qədər - Şərqiyyə Dadaşova və Elşad Abbasov, kiçik yaş kateqoriyası 4-dən 8 yaşa qədər - Günel Axundova, Rauf Hacıyev və Kamilla Niyazova.[30] Hər üç yaş qrupundaki qaliblər ABŞ-də ənənəvi olaraq keçirilən "Balacaların dünyası" müsabiqəsinə qatıldılar.[26]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |