YATALAQ

is. tib. Çox yoluxucu bir neçə xəstəliyin ümumi adı; tif. Qarın yatalağı. Səpmə yatalaq. Qayıdan yatalaq.
[Gülcahan:] …Mirzədadaş bu gün üç gündür yatalaq yatır… N.Vəzirov.
[Əntiqənin] atası qarışıqlıq illərində yatalaqdan ölmüşdü. Mir Cəlal.
Feldşerin deməsindən bəlli oldu ki, Qəhrəman yatalaq xəstəliyinə tutulubdur. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YATALAQ YATALAQ (infeksion xəstəlik) İki yatalaqdan yatdım (Çəmənzəminli); TİF Hələ daha böyük əsərlər bəklədiyimiz Səhhət 1918-ci ildə sənədə 18 mart hadisəs
  • YATALAQ tif

Etimologiya

  • YATALAQ Rus dilinə “быть прикованным к постели” kimi tərcümə olunub. Deməli, söz yatmaq feili ilə bağlıdır, yat – kök, -alaq isə şəkilçidir
YATAQLI
YATALAQLI

Digər lüğətlərdə