YEKUN

is. müh. Bir neçə ədədin cəmindən əldə edilən say, hesabın məcmusu.
// məc. Bir şeyin nəticəsi. Xalq təsərrüfatı inkişafının yekunları. İşin yekunları.
□ Yekun vurmaq1) bax yekunlaşdırmaq. Gəlirin yekununu vurmaq;
2) son vermək, tamamlamaq.
Şəmsi yenə vaxtın azlığını xatırlayıb söhbətə cırıq dəftərnən məhkəmə quracağam! – deyə yekun vurmağa çalışdı. M.Hüseyn.
Mən bu [Abbas əmi] təhkimçi ilə söhbətinə yekun vurmuşdum. İ.Hüseynov.

Yekun vurulmaq – bax yekunlaşdırılmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEKUN nəticə — tamamlama
YEKTƏRƏF
YEKUNLAŞDIRILMAQ
OBASTAN VİKİ
Yekun diaqnoz (roman)

Digər lüğətlərdə