YOLUXMAQ₂

f. Hal-əhval bilmək üçün birinin yanına getmək (gəlmək).
Mirzə Mehdi həkimbaşı həftədə iki-üç dəfə onu yoluxurdu. Ə.Haqverdiyev.
Arazı yuxuya verdikdən sonra bir də Poladı yoluxmağa getdi. A.Şaiq.
Hacını yoluxmağa gələn on beş nəfərdən ikisi bayır qapıda bizə rast gəldi. Qantəmir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YOLUXMAQ I YOLUXMAQ (birinin halını bilmək üçün yanma getmək) Mirzə Mehdi həkimbaşı həftədə iki-üç dəfə onu yoluxurdu (Ə
  • YOLUXMAQ yoxlamaq — öyrənmək
  • YOLUXMAQ keçmək

Omonimlər

  • YOLUXMAQ YOLUXMAQ I f. Xəstəliyə tutulmaq. Sarılıq, elə bil yoluxdu o birilərinə (B.Azəroğlu). YOLUXMAQ II f. dan
YOLUXMAQ₁
YOLUXUCU

Digər lüğətlərdə