YORULMAQ

f. Çox işləmək, çalışmaq, hərəkət etmək və s. fəaliyyət nəticəsində yorğunluq hiss etmək, gücdən düşmək. Gəzməkdən yorulmaq. İşləməkdən yorulmaq. Fikirləşməkdən yorulmaq.
– Zeynəb bucaqda ayaq üstə durmaqdan lap yoruldu. C.Məmmədquluzadə.

// Təngə gəlmək, bıqmaq, usanmaq, üzülmək.
Danışmaqdan yorulmadın? – …Bu Allahın bəlasına giriftar olmuş da yaylaqlarda veyillənməkdən yorulmadı. C.Məmmədquluzadə.
Bir xeyli sükutdan sonra katib qapıya baxa-baxa dedi: – Nizam-intizam barədə danışmaqdan yorulmuşuq. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YORULMAQ YORULMAQ [Zübeydə:] Ağagül, qadası, yorulmuşam yaman.. (Elçin); AYAQDAN DÜŞMƏK (fr.v.) Yardan xali görüb bəzmi ayaqdan düşdüm (S

Antonimlər (əks mənalı sözlər)

  • YORULMAQ YORULMAQ – DİNCƏLMƏK Zəhmət çəkibsən, yorulubsan, get rahat ol (Ə.Haqverdiyev); Bir az yatıb dincəlmək istəyirəm (C
YORULMADAN
YORULMAQSIZIN

Digər lüğətlərdə