YUMŞALMAQ

f.
1. Yumşaq, elastik hala gəlmək; sərtliyini, bərkliyini, codluğunu itirmək. Dəri suda yumşalmışdır.
2. Zəifləmək, azalmaq, kəskinliyi, şiddəti keçmək. Ağrı bir qədər yumşaldı.
3. Mülayimləşmək; hirsi, acığı, qəzəbi, hiddəti keçmək, hirsi soyumaq. Bir az yumşalmaq lazımdır.
– Molla Qasım pulun adını eşitcək yumşalıb dedi: – Razı oluram. S.S.Axundov.
Rüstəm bəy yumşaldı və Cəfərə baxaraq bir az da gülümsündü. Çəmənzəminli.
Yumşalmadı daşa dönmüş ürəklər; Onlara göz yaşı etmədi əsər. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YUMŞALMAQ yumşalmaq bax həlimləşmək
  • YUMŞALMAQ mülayimləşmək — həlimləşmək
  • YUMŞALMAQ zəifləmək — azalmaq
  • YUMŞALMAQ boşalmaq
YUMŞALMA
YUMŞALTDIRMA

Digər lüğətlərdə