YÖNETMEN
YÖRE
OBASTAN VİKİ
Ali Canib Yöntem
Ali Canib Yöntem — Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan bir şair, yazıçı, ədəbiyyat tədqiqatçısı, redaktor, müəllim və siyasətçi == Həyatı == Milli ədəbiyyat cərəyanının qabaqcıl nümayəndələrindən və nəzəriyyəçilərindən olan Ali Canib Yöntem 1887-ci ildə İstanbulda anadan olmuşdur. İbtidai təhsilini Üsküdarda "Gülfem Hatum" məktəbində, orta təhsilini isə "Toptaşı Askeri Rüşdiyyəsində almış, iki ilə qədər də "Fransız məktəbində" oxumuşdur. Atasının Selanikə sürgün edilməsi ilə əlaqədar olaraq, Ali Canib buradakı "Mülkiye" orta məktəbində təhsilini davam etdirmiş və axırıncı sinifdə olarkən imtahan verib. İstanbul Hüquq məktəbinə daxil olmuşdur. Bir il İstanbulda, dörd il də Selanik Hüquq məktəbində təhsil alsa da, Balkan müharibəsi başladığına görə o, təhsilini bitirmədən İstanbula getmişdi. 1908-ci ildən ədəbiyyat aləminə qatılan Ali Canib "Bahçe", "Aşiyan", "Kadın" jurnallarında şeirlər və məqalələr yazmağa başlayır. İstanbulda təşkil olunan "Fecri-Ati" cəmiyyətinin Selanikdə müxbiri olmuş və "Fecri-Ati"dən ayrıldıqdan sonra şeirlərini "Genç kalemler" məcmuəsində çap etməyə başlayır. 1911-ci ildə "Genç kalemler" jurnalının baş redaktoru olan Ali Canib, Ömər Seyfəddin ilə birlikdə "Yeni lisan" dil hərəkatının və "Milli ədəbiyyat" cərəyanının yaranmasına rəhbərlik etmişdir. Ali Canib həmçinin bir müəllin kimi fəaliyyət göstərmiş, "Selanik İttihat ve Terakvi" məktəbində, "Ali Ziraat" məktəbində, Çanakkale ve Gelenbevi Sultanilərində, "Kabataş liseyi" və "İstanbul erkek öğretmen" məktəblərində müəllimlik etmişdir. O, həmçinin Ali müəllimlər məktəbində ədəbiyyat müəllimi, Universitetdə də Türk ədəbiyyatı müəllimi olaraq işləmişdi.