Yəhərçi Qazaxlar
Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati-ərazi vahidi yaradılmışdır.
== Toponimikası ==
Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır.
== Tarixi ==
== Coğrafiyası və iqlimi ==
Kənd Korçayın sahilində, düzənlikdə yerləşir.
== Əhalisi ==
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.