Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati ərazi vahidi yaradılmışdır.[2]
Yəhərçi Qazaxlar | |
---|---|
40°45′28″ şm. e. 46°36′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır.[3]
Kənd Korçayın sahilində, düzənlikdə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.[4]
Goranboy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |