ZEHİN

is. [ ər. ]
1. İnsanda düşünmə, anlama və yaddaş qabiliyyəti; dərrakə, istedad. Bu uşağın yaxşı zehni var. Onun heç zehni yoxdur.
[Ağa Bəşir:] Ağa, maşallah sizin zehninizə və fərasətinizə! M.F.Axundzadə.

// Hafizə, yaddaş, xatir. Zehnində qalmamaq. İyirmi il əvvəl oxuduqlarım indi də zehnimdədir.
– Qocanın dediyi sözlər Şiraslanın zehnində nəqşləndi. S.Rəhimov.
Ağabala təkrar uşağın zehnini yoxlamaq istədi. Mir Cəlal.

2. Fikir, xəyal.
Zehnini məşğul edən sözləri babasına deyə bildiyi üçün sevindi, yüngüllük duydu. Mir Cəlal.
Nədənsə o zaman mənim zehnimi bir şey məşğul etmişdi: “O kişi sizin nəyinizdir və yaxud siz onun nəyi ola bilərsiniz?” S.Hüseyn.

□ Zehni açılmaq – fikirləşmək, düşünmək qabiliyyəti bərpa olmaq, yaxşılaşmaq, başında yüngüllük hiss etmək.
…Üzümü yudum, bir qədər zehnim açıldı. C.Məmmədquluzadə.

Zehni qaralmaq – fikrini bir yerə toplaya bilməmək; düşünmək, fikirləşmək qabiliyyətini itirmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ZEHİN zehin bax 1. düşüncə 2; 2. yaddaş
  • ZEHİN dərrakə — istedad
  • ZEHİN hafizə — yaddaş — xatirə
  • ZEHİN fikir — xəyal
ZEH
ZEHİNLİ
OBASTAN VİKİ
Zehin
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.

Digər lüğətlərdə