Valter zoğalı
Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Asiyada təbii halda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır.
== Ekologiyası ==
Şaxtaya və quraqlığa davamlıdır.
== Azərbaycanda yayılması ==
Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.