Valter zoğalı (lat. Cornus walteri) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.
Valter zoğalı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Valter zoğalı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Asiyada təbii halda yayılmışdır.
Hündürlüyü 10 m-ə çatan, yarpağını tökən ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, oval formalı, ucu bizdir, uzunluğu 7,5-10 sm-dir. Çiçəkləri ağ, diametri 8-10 sm olan qalxanlara yığılmışdır. İyun-iyul aylarında çiçəkləyir, meyvələri sentyabr aylarında yetişir. Toxumla çoxaldılır.
Şaxtaya və quraqlığa davamlıdır.
Mədəni halda Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Dekorativ bitki kimi park və bağlarda, həyətyanı sahələrdə əkilə bilər.