ZIRDELİ
ZIRLAMAK
OBASTAN VİKİ
Fevzi Zırhlıoğlu
Fevzi Zırhlıoğlu (1962, Elazığ ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Fevzi Zırhlıoğlu 1962-ci ildə Elazığ ilində anadan olub. Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. 1980-ci illərin əvvəllərində nəşriyyat və mətbəə sahəsində çalışıb. 1987-ci ildən MHP üzvüdür. 2002-2003-cü illərdə MHP Bursa il şöbəsinin sədri olub. 2006-cı ildən isə MHP İntizam Şurasının üzvüdür. 2023-cü ildə MHP namizədi olaraq Bursa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir.