Fevzi Zırhlıoğlu (1962, Elazığ ili) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Fevzi Zırhlıoğlu | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Bursa (2.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1962 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Fevzi Zırhlıoğlu 1962-ci ildə Elazığ ilində anadan olub. Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub.[1]
1980-ci illərin əvvəllərində nəşriyyat və mətbəə sahəsində çalışıb.
1987-ci ildən MHP üzvüdür. 2002-2003-cü illərdə MHP Bursa il şöbəsinin sədri olub. 2006-cı ildən isə MHP İntizam Şurasının üzvüdür.
2023-cü ildə MHP namizədi olaraq Bursa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Səhiyyə, Ailə, Çalışma və Sosial Məsələlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.[1]