ZƏHLƏ

I
(Füzuli, İsmayıllı)
hananın ayağı. – Hananı qoyannan soğra qəşəy oxu var, o oxu qoyursaη, onun zəhləsinə – əyağına (Füzuli)
II
(İsmayıllı)
öd. – Qorxudan zəhlən suya döndü
III
(Dərbənd)
tağalaq, cəhrədə iyə keçirilən dairəvi gön parçası və ya taxta. – Bir parçə gün gətirün, zəhlə düzəltüm
IV
(Zəngibasar)
hövsələ, həvəs. – Zəhləm yoxdu, sənnən danışam
ZƏHƏNDƏ
ZƏHMAN
OBASTAN VİKİ
Zəhlə
Zəhlə (ərəb. زحلة‎) — Livanda Biqa mühafəzəsinin inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır. Əhalisinin sayına görə şəhər Beyrutdan və Tərabülüs əş-Şamdan sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkit Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Biqa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Zəhlətökən (film, 2008)
"Zəhlətökən" (fr. L'emmerdeur) — rejissor Fransis Veberin filmi. == Məzmun == Muzdlu qatillə hansısa fotoqraf mehmanxanada bir-birinə qonşu otaqlarda qalmalı olurlar. Qatil buraya yeni bir tapşırıqla gəlib. Zəhlətökən fotoqraf özü də bilmədən terrorçuya mane olmağa başlayır.

Digər lüğətlərdə