ÇAĞLAMAQ

f.
1. Çağıltı ilə axmaq, şırıltı ilə köpüklənərək tökülmək. Şəlalə çağlayır.
– Göy otların arasından bulaqlar; Şırıltıyla köpüklənərkən çağlar. A.Səhhət.
Nəbi … qıjıltı ilə gedən çaylara, qayalardan çağlayıb tökülən şəlalələrə tamaşa edirdi. S.Rəhimov.

2. məc. Qaynamaq, coşmaq.
Cəmisi bir ay əvvəl burada sakit və məsud bir həyat çağlayırdı. Mir Cəlal.
O getdi, çağladı ürəyində kin; Getdi sorağında baharın, yazın. N.Xəzri.

// Obrazlı təşbehlərdə.
Könül hıçqırtısı, qəlb atəşi, can yanğısıdır; Sən mənim göz yaşım ol, çağla, Segah, çağla, Segah! B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAĞLAMAQ coşmaq — daşmaq

Etimologiya

  • ÇAĞLAMAQ Çağ səs (əsasən, su səsi) demək olub. Söz ondan törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÇAĞLAMA
ÇAĞLAYAN

Digər lüğətlərdə

бережли́вый воднолы́жный моло́чница надзо́рный па́русник эпици́кл жлоб запуга́ть отры́гивать посре́дство разраще́ние сти́снуться пинда afterpart atomarium Bayard comma couching diffuse double-geared due to housebuilder restore surf макаронник