ÇEŞMƏLİ

sif. Çeşmələr, ya çeşmə olan; bulaqlı. Çeşməli meşə.
– Sevirəm çeşməli, sulu dağları; Vüqarlı dağları, ulu dağları. N.Xəzri.

ÇEŞMƏKLİ
ÇEŞNİ
OBASTAN VİKİ
Çeşməli
Çeşməli (Tovuz) — Azərbaycanın Tovuz rayonunda kənd. Çeşməli (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd.
Çeşməli (Tovuz)
Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir. == Əhalisi == === Şəhidləri === Bədəlov Oqtay Ələddin oğlu (1984–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Çeşməli (Şəki)
Çeşməli — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibat-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Çeşməli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Çeşməli kəndi düzənlik sahədə yerləşir. Kəndin şərq hissəsindən Qurucana çayı axır. Bu çay kənddən 5 km cənub-şərqdə Küngüt çayına qovuşur. Kənd ərazisi eyni zamannda Şəki qırqovul yasaqlığına daxildir. Kəndin landşaftı meşə-çöldür. Kəndin cənub ərazisindən axan Qarasu çayı ərazisində allivüal çöküntülərdə yemişan, palıd meşəlikləri yayılmışdır. Kəndin ərazisi başdan-başa əkin sahələri və bağlardan ibarətdir. Kənddə taxıl əkini geniş yayılmışdər.
Çeşməli bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çirkinli (Çeşməli)

Значение слова в других словарях