1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk-monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə)[4] kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir.[5]
Kənd əhalisi təsərrüfat, əkinçilik və maldarlıqla məşğuldur. Kənd təsərrüfatında əsasən kartof əkini ilə məşğul olan yerli əhali, məhsullarının satışını yerli bazarlar ilə yanaşı Rusiya və Ukrayna kimi ölkələrdə də edirlər. Əlverişli şərait və məhsuldar torpağın olması, əkinçilik sahəsində əhəmiyyətli yer tutur. Həmçinin arıçılıq və son illərdə tütünçülük kimi fəaliyyət növləri də kəndin iqtisadi yaşamında önəmli rol oynayır.
Kənddə Məstan Novruzov adına Çeşməli kənd tam orta məktəbi fəaliyyət göstərir.[11][12] Məktəb şəhid Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında şəhidin xatirəsinə abidə ucaldılmışdır.