ÇİLƏMƏK

f.
1. Sıçrantı halında, damcıdamcı tökmək, səpmək, sıçratmaq. Başına odekolon çiləmək. – Əsgərin gözü Kosanın qayırmış olduğu çalaya sataşdı.
Kosa sısqa arx ilə su gətirər, bu çalaya doldurar, buradan da bostanına çilər və ləzzət alardı. S.Rəhimov.
[Qız] hisli lampanın neftini bədəninə çiləyib özünü yandırdı. M.Hüseyn.

2. Az-az, seyrək-seyrək yağmaq, səpələmək (yağış haqqında). Hava çiləyir.
– Çiləyir narın-narın ilıq Bakı yağışı; Bizim qəşəng şəhərin birdir payızı, qışı. S.Rüstəm.
Artıq gecədən keçmişdi.
Arabir yağış çiləyirdi. S.Vəliyev.

3. məc. Səpələmək. Camaat çayın qırağına gələndə ay yavaş-yavaş özünü göstərdi.
Bulanıq suya nə qədər nur çilədisə, onu parıldada bilmədi. Ə.Vəliyev.

Синонимы

  • ÇİLƏMƏK ÇİLƏMƏK [Qız] hisli lampanın neftini bədəninə çiləyib özünü yandırdı (M.Hüseyn); SƏPMƏK Ömərin qüvvətli səslə: “hücum yoxdur, manevr yapırıq” – deməsi
  • ÇİLƏMƏK sulamaq
  • ÇİLƏMƏK damcılamaq — çiskinləmək
  • ÇİLƏMƏK səpələmək — sıçratmaq — fısqırtmaq

Этимология

  • ÇİLƏMƏK Su anlamı ilə bağlıdır. Çimmək, çamır, çuyuq, suyuq, çay tipli sözlərdəki çi (ça, çu, çı) hissəsi qədimdə, su mənasını əks etdirib
ÇİLƏMƏ
ÇİLƏNMƏ

Значение слова в других словарях