ÇOKLUK
ÇOLPAN
OBASTAN VİKİ
Tanju Çolak
Tanju Çolak (türk. Tanju Çolak; anadan olub 10 noyabr 1963-cü il, Samsun, Türkiyə) — Türkiyə futbolçusu, hücumçu.Tanju Çolak türk futbol tarixinin 335 gol ilə ən qolçu futbolçusu hesab olunur. 39 qol ilə Super Ligdə bir mövsümdə ən çox gol atan futbolçusu və 6 qol ilə Super Ligdə bir oyunda ən çox qol atan futbolçusu rekorduna da malikdir. Avropanın Qızıl buts mükafatını alan tək türk futbolçusu. Tanju Çolak həm də Super Ligdə 240 qol atan 2 futbolçudan biridir. == Klub karyerası == Futbola 10 yaşında, Samsun Yolsporda başladı. Daha sonra Samsunspor transfer olmuşdur. Tanju Çolak, 2 dəfə 1. Liq, 5 dəfə isə ardıcıl Super Liqdə qol kralı olmuşdur. Samsunsporda 4 dəfə qol kralı olmuşdur (1983-84, 1984-85, 1985-86, 1986-87).
Kakutsa Çolakaşvili
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, 14 iyul 1888 – 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir. Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi. == Həyatının erkən dövrü == Kakutsa Çolakaşvili şərqi Gürcüstanın kaxetiya əyalətindəki Matanidəki ailə mülkündə aristokrat Oseb Çolokaşvili ailəsində anadan olmuşdur. O dövrki rus idarələrində soyadı Çelokayev deyə yazılmışdır.
Veliçko Çolakov
Veliçko Çolakov (12 yanvar 1982 – 20 avqust 2017) — Bolqarıstanı və Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Karyerasının birinci uğuruna Veliçko Çolakov 2002-ci ildə gənclər arasında Dünya və Avropa Çempionatlarının qalibi olmaqla imza atdı. 2003-cü ildə Veliçko Çolakov Kanadada baş tutan Dünya Çempionatında gümüş medalla başa vurdu. 2004-cü ilin mayında Veliçko Çolakov Kiyev şəhərində baş tutan Avropa Çempionatının qalibi oldu. Həmin avqustunda Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında isə Veliçko Çolakov 447.5-lıq (207.5 + 240.0) nəticə göstərdi və olimpiadanın bürünc medalına sahib oldu. Olimpiadadan sonra Veliçko Çolakov 2006-cı ildə Polşada baş tutan Avropa Çempionatını gümüş medalla başa vurdu. 2008-ci ildə Veliçko Çolakov və digər bolqar idmançılarından götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə məlumat verildi. Bununla da Bolqarıstan ağır atletləri 2008-ci il olimpiadasında mübarizə aparmadı. Bir müddət beynəlxalq turnirlərdə çıxış eləməyən Veliçko Çolakov daha sonra bir neçə bolqar ağır atletləri ilə birgə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Veliçko Çolakov 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil eləməli olsa da, son anda zədə səbəbilə olimpiada da mübarizə aparmadı.