ÇOXDANIŞAN

sif. Çox danışmağı sevən; naqqal, uzunçu. Çoxdanışan adam.
[Mikayılov] Mərmər xanımın çoxdanışan (z.) olduğunu tamam yadından çıxarmışdı. Y.Əzimzadə.

// İs. mənasında. Çoxdanışanın biridir.
[Maya öz-özünə:] Görünür, [Salman] bir az çoxdanışandır. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇOXDANIŞAN çoxdanışan bax naqqal
  • ÇOXDANIŞAN boşboğaz — çərənçi — ağzıboş
ÇOXDAN
ÇOXDANKI

Digər lüğətlərdə