1. Cismən məhv etmək, həyatdan məhrum etmək, ölümünə səbəb olmaq; qətl etmək.
2. məc. Çox yormaq, çox üzmək, əziyyət vermək, əldən salmaq, incitmək, çox əzab və cəfa vermək. Bu yol lap məni öldürdü. Tər məni öldürdü.
3. məc. Mənən sarsıtmaq, tamamilə ruhdan salmaq, çox ağır təsir etmək. Bu acı xəbər bizi öldürdü. Bir kəlmə söz onu öldürdü. Onun fikri məni öldürür.
4. Puça çıxarmaq, puç eləmək, boş yerə sərf etmək; itirmək. Vaxtını öldürmək. – Sənət yaxşı şeydir.
5. Öldürsən də, öldürsəniz də, öldürsələr də, öldürsəydin də və i.a.
şəklində – əsla, qətiyyən, heç bir vəchlə. Öldürsən də deməyəcəyəm. Öldürsələr də gedən deyiləm.
6. Bir sıra isimlərdən sonra gələrək, müxtəlif tərkib və ifadələr düzəldilir; məs.: özünü öldürmək, nəfsini öldürmək, ruhunu öldürmək.
◊ Ölüb-öldürməyə çıxmaq – ölümlə nəticələnə bilən davaya başlamaq, bir-birini öldürmək dərəcəsinə gəlmək.