ÖNDƏ

I
нареч. впереди (на некотором расстоянии перед кем-л., чем-л. ). Öndə getmək идти впереди, öndə durmaq стоять впереди
II
предик. öndədir впереди (в будущем). Mübarizə hələ öndədir борьба еще впереди
ÖNDAMAQ
ÖNDƏKİ
OBASTAN VİKİ
Ulu Öndər (kitab)
"Ulu Öndər" (kitab) ― Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş kitab. == Ümumi məlumat == === I cild === Beş cilddən ibarət olan kitabın birinci cildində Ulu Öndərin respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncəyə səfərləri, gəncəlilərə diqqət və qayğısı, şəhərin inkişafı istiqamətində gördüyü böyük işlər haqda geniş məlumat verilir. Kitabda həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncəyə səfərlərindən və müasir dövrdə şəhərin hərtərəfli inkişafından bəhs olunur. === II cild === Kitabın ikinci cildində Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafına, respublikanın yaradıcı insanlarına və elm xadimlərinə diqqət və qayğısından bəhs olunur. === III cild === Kitabın üçüncü cildində Qafqazın sülh prosesinin vacibliyini doğuran sosial-siyasi, iqtisadi və mədəni amillər araşdırılır, "Ümumqafqaz Evi" ideyasının yaranmasında, Qafqazda sülh və təhlükəsizliyin təmin olunması və regionun dünyanın inkişaf etmiş dövlətləri ilə inteqrasiyası kimi qlobal proseslərdə Ulu Öndərin geniş fəaliyyəti haqda məulamt verilir. === IV === Kitabın dördüncü cildində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli-mədəni irsimizin qorunub saxlanması, təbliği və təşviqi yönündə apardığı ardıcıl fəaliyyətdən, təşəbbüsçüsü və iştirakçısı olduğu çoxsaylı beynəlxalq tədbirlərdən və xarici ölkələrdə həyata keçirdiyi əhəmiyyətli görüşlərdən, müxtəlif mükafat və fəxri adlara layiq görülməsindən bəhs olunur. === V cild === Kitabın beşinci cildində Heydər Əliyev Fondunun yaranması tarixindən, onun beynəlxalq əlaqələrindən, təşkil etdiyi dünya miqyaslı konfrans və tədbirlərdən, həyata keçirdiyi müxtəlif layihə və nəşrlərdən, fəxri qonaqlarından, xarici ölkələrdəki nümayəndəlikləri və onların fəaliyyətindən bəhs edilir.
Çingiz Öndər
Cengiz Ündər (türk. Cengiz Ünder; 14 iyul 1997, Sındırqı[d], Balıkəsir ili) — İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubunda hücumçu kimi çıxış edən peşəkar Türkiyə li futbolçu. == Karyerası == === Klub karyerası === Ünder öz peşəkar karyerasına Altınordu klubunda start vermişdir. O, peşəkar karyerasında debütünü 28 dekabr 2014-cü ildə Birinci Liqa görüşündə Manisaspor klubuna qarşı oyunda etmişdir. Cengiz Ündər ilk qolunu 15 fevral 2015-ci ildə Dənizlispor klubuna qarşı oyunda vurmuşdur. O, 2016-cı ildə Türkiyə Super Liqası təmsilçilərindən olan Başakşehir klubuna transfer olunmuşdur. O, klubu ilə debütünü 28 iyul 2016-cı ildə UEFA Avropa Liqasının təsnifat mərhələsində Xorvatiya təmsilçisi olan Riyeka klubuna qarşı oyunda etmişdir. 14 iyul 2017-ci ildə Cengiz Ündər €14 milyon qarşılığında İtaliya A Seriyası təmsilçilərindən olan Roma klubuna transfer olmuşdur. === Milli karyerası === Ünder bir müddət Türkiyə gənclər milli futbol komandasının U-18 və U-19 millilərində çıxış etmişdir. O, son vaxtlar Türkiyə U-21 milli futbol komandasına çağırılır.
Sırrı Sürəyya Öndər
Sırrı Sürəyya Öndər (7 iyul 1962, Adıyaman) — rejissor, ssenarist, prodüser, sənətçi, jurnalist və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Sırrı Sürəyya Öndər 7 iyul 1962-ci ildə Adıyaman ilində anadan olub. 2007-ci ildə 18-ci Ankara Beynəlxalq Film Festivalında Milli bədii film nominasiyasında "Ən yaxşı ssenari" öldülünə, həmin ildə 14-cü Qızıl Koza Film Festivalında Milli film nominasiyasında "Ən yaxşı ssenari" ödülünə, 2009-cu ildə isə 7-ci Beynəlxalq Karaçi Film Festivalında "Ən yaxşı rejissor" öldülünə layiq görülüb. 28 fevral 2015-ci ildə Dolmabağça Memorandumuna səbəb olan Abdullah Öcalan ilə Əhməd Davudoğlu iqtidarı arasında dialoqa yardım edən HDP siyasətçilərindən ibarət nümayəndə heyətində yer alıb. 2013-cü ildə Novruz bayramı ilə bağlı tədbirdə çıxışına görə 3 noyabr 2018-ci ildə 42 ay həbs cəzası verilib və 2018-ci il noyabrın 6-da Kocaeli həbsxanasına aparılıb. 4 noyabr 2019-cu ildə Konstitusiya Məhkəməsinin bir gün əvvəl ifadə azadlığının pozulduğuna dair qərar çıxardıqdan sonra azadlığa buraxılıb. 1 uşaq atasıdır. 2011-ci ildə İstanbul ilindən, iyun 2015 və noyabr 2015-ci ildə Ankara ilindən, 2023-cü ildə isə İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26 və 28-ci çağırışlarının deputatı seçilib.
Öndər Aksakal
Öndər Aksakal (1960, Antalya ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Öndər Aksakal 1960-cı ildə Antalya ilində anadan olub. Səlcuq Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin 15 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağası alıb. Uzun illər Aydın ilində mühəndis, inşaat - podratçılıq, turizm, nəqliyyat və LPG sahələrində çalışıb. 2003-cü ildə DSP Aydın il şöbəsinin sədri, 2004-cü ildə isə DSP Məclisinin üzvü seçilib. 2009-cu ildə DSP sədrinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə DSP sədridir. 2023-cü il mayın 14-də DSP namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. İngiliscə bilir.

Digər lüğətlərdə