ŞAFİİ

ə. 1) islam dinində təriqət; 2) həmin təriqətə aid; 3) həmin təriqətə mənsub adam.

ŞAFİ
ŞAGİRD
OBASTAN VİKİ
Şafii
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər xilafəti – 20 yanvar 820) — Şafii məzhəbinin banisi. == Həyatı == Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. == İmam əş-Şafinin nəsəbi == O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah — səllallahu aleyhi və alihi səlləmin — nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.
İmam Şafii

Şafii məzhəbi
Şafii məzhəbi (ərəb. الشافعيّة‎ əş-şafiiyyə) — Əhli Sünnədə 4 haqq məzhəbdən biri. Məzhəb imam Şafiinin dini elmi görüşləri əsasında formalaşıb. == Yaranması == İslam dünyasında ən geniş yayılmış hüquq məktəblərindən olan Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qüreyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, "Üsulul-fiqh" adlanan hüquq metodologiyasında mühakimə çıxarmaq prinsiplərini işləyib hazırlamış və fətvaların yalnız həmin prinsiplər əsasında verilməsi fikrini irəli sürmüşdür. Ona qədər də müctəhidlər fətva vermək məsələsində müəyyən metodlara əsaslanırdılar.
Müsnəd əş-Şafii
Müsnəd əş-Şafii (ərəb. مسند الشافعي‎) — Məhəmməd peyğəmbərin (s.a.v.) həyat və fəaliyyətinə dair hədislər toplusu İmam Şafiinin özü tərəfindən deyil, onun şagirdləri tərəfindən tərtib edilmişdi. == Müəllif == "Müsnəd əş-Şafii" məcmuəsinin tərtibçisi bu hədisləri öz müəllimi ər-Rəbi ibn Süleymandan (ərəb. الربيع بن سلي‎) götürmüş Əbul-Abbas əl-Əsammdır (ərəb. أبو العباس الأصم‎). ər-Rəbi ibn Süleyman da öz növbəsində İmam Şafiinin tələbəsi idi. Məcmuədə Şafiinin "əl-Umm" kitabında və digər əsərlərində istinad etdiyi hədislər var. Müsnədin dörd hədisdən başqa bütün hədisləri ər-Rəbi ibn Süleyman tərəfindən birbaşa Şafiidən qəbul edilmişdir. Bu dörd hədis isə Şafiinin başqa bir tələbəsi Yusif ibn Yəhya əl-Bəvitidən nəöql ediləndir. == Kitabın təsviri == Şafiinin "Müsnəd"i nizamsız təqdimat və eyni hədislərin dəfələrlə təkrarlanması ilə səciyyələnir ki, bu da onların sırasının Şafiinin kitablarındakı hədislərin sırası ilə bağlı olması ilə əlaqədar ola bilər.
Şafiilər