ŞİRİNƏLİ
ŞİRMƏMMƏD
OBASTAN VİKİ
Şirinxanım Kərimbəyli
Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.
Şirinxanım Kərimbəyli Şadiman