Şirinxanım Kərimbəyli

Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Şirinxanım Kərimbəyli Şadiman
Şirin xanım Kərimbəyli Şadiman və ya Şirinxanım Şadiman
Təxəllüsü Şadiman
Doğum tarixi 2 sentyabr 1955(1955-09-02) (68 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
İxtisası kitabşünas və biblioqraf, mühəndis
Fəaliyyəti şair-dramaturq, publisist
Əsərlərinin dili Azərbaycan türkcəsi
Janr şeir-publisistika
İlk əsəri

"Ürək niyə ağrıyırsan?" (1991)

http://shirinxanim-shadiman.net
Üzvlüyü

Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb.

Ailəlidir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1991-ci ildə "Ürək niyə ağrıyırsan?" adlı ilk şeirlər toplusu işıq üzü görüb. 1992-ci ildə Türkiyədə silsilə şeirləri "Çağdaş Azərbaycan şeri antologiyası" kitabında çap olunub. 1999-cu ildə "Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" 400 səhifəlik kitabı, 2002-ci ildə 565 səhifəlik "Kiminə acı dünya, kiminin tacı dünya", 2007-ci ildə 742 səhifəlik "Ağıla bəhər dünya, ürəyə qəhər dünya" adlı iri həcmli kitablari çapdan çıxıb. 2008-ci ildə 292 səhifəlik müəllifin "Seçmələr" toplusu işıq üzü görüb. Bu kitabda yer alan şeirlər və poema şairin əvvəl çapdan çıxmış kitablarından seçilib.

Həmin il Şirinxanım Şadimanın ədəbi-publisist ovqatlı "Məni illərdən soruşun" kitabı da nəşr olunub.

"Kredo" qəzetinin baş redaktoru şair, ədəbi-tənqidçi Əli Rza Xələflinin 2009-cu ildə çapdan çıxmış "Adı Şadiman olanın…" publisist kitabı Şirinxanım Şadimanın həyat və yaradıcılığından bəhs edir. Həmən il şairənin "Ürək niyə ağrıyırsan?" və "Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" kitabları "Dünya mənə tanış gəlir" adı altında təkrar nəşr olunub. 2010-cu ildə 54 səhifəlik "Tağayım" poeması çapdan çıxıb. 2010-cu ildə Əli Rza Xələflinin şairənin "Burdan bir atlı keçdi" poemasına həsr etdiyi "Axtala əfsanəsi" və jurnalist Nəzirməmməd Zöhrablının (Quluyevin) Şirinxanım Şadimanın yaradıcılığından bəhs edən "Üç rəngli bayrağa bürünmüş şairə" publisist kitabları çapdan çıxıb.

Şairə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda "Kredo" qəzetinin şöbə müdiri, "Bütöv Azərbaycan" qəzetinin əməkdaşıdır. Bir çox diplom və mükafatlara layiq görülüb. Ədəbi aləmdə müəllif Şirin xanım Kərimbəyli Şadiman kimi tanınır.

  1. "Ürək niyə ağrıyırsan?" (şeirlər). Azərnəşr, Bakı 1991, 56 səh. sayı 3000.
  2. "Çəkənə qəm dünya, çəkməyənə dəm dünya" (şeirlər, poemalar, pyeslər). Bakı 1999, AEK "Mafta press" nəşriyyatı, 400 səh. sayı 1000.
  3. "Kiminə acı dünya, kiminin tacı dünya" (şeirlər, pyeslər, poemalar). Bakı 2002, "Nurlan" nəşriyyatı, 566 səh. sayı 500.
  4. "Ağıla bəhər dünya, ürəyə qəhər dünya" (şeirlər, poema). Bakı 2007, "Nurlan" nəşriyyatı, 742 səh. sayı 500.
  5. "Seçmələr" (Könül harayı). I cild, "Nurlan" nəşriyyatı, Bakı 2008, 292 səh. sayı 1200.
  6. "Məni illərdən soruşun" (publisist düşüncə). "MBM"nəşriyyatı, Bakı 2008, 95 səh. sayı 300.
  7. "Dünya mənə tanış gəlir" ("Ürək niyə ağrıyırsan?" və "Çəkənə qəm dünya…" kitablarının birlikdə nəşri), Bakı 2009, "Nurlan" nəşriyyatı, 522 səh. sayı 500.
  8. "Tağayım" (poema). "Adiloğlu" nəşriyyatı, Bakı 2010, 56 səh. sayı 500.
  9. "Ay adamlar, mən burdayan" (şeirlər, poemalar, əhvalatlar), "Adiloğlu" nəşriyyatı, Bakı 2012, 456 səh., sayı 500.
  10. "Seçmələr(şeirlər, poemalar)", II cild, "Adiloğlu" nəşriyyatı, Bakı 2012, 335 səh., sayı 1200.
  11. "Ötənlərdən gələn səslər",(şeirlər, poemalar, qəzəllər), "Qanun" Nəşrlər Evi, Bakı 2013, 632 səh., sayı 500.
  12. "Ötənlərdən gələn səslər-2", (şeirlər, qəzəllər, dördlüklər, bayatılar) "Qanun" Nəşrlər Evi, Bakı 2014, 480 səh., sayı 500.
  13. "Seçmələr(şeirlər və poemalar)" III cild, "Qanun" Nəşriyyatı, Bakı 2015, 447 səh., sayı 750.
  14. "Seçmələr(şeirlər, poemalar, dramlar)", IV cild, "Qanun" Nəşriyyatı, Bakı 2015, 359 səh., sayı 750.
  15. "Söz könlümü qələm etdi (publisistik düşüncələr)", "Qanun" Nəşriyyatı, Bakı 2016, 288 səh., sayı 500.
  16. "Tək Yaradana gümanım (şeirlər, nəzm hekayələr, publisistik məqalələr)", "Qanun" Nəşriyyatı, Bakı 2017, 480 səh., sayı 506.
  17. "Seçmələr (Şeirlər, nəzm hekayələr)", V cild, "Qanun" Nəşriyyatı, Bakı 2017, 464 səh, sayı 504.
  18. "Yol gedirik"(Nəzm yazılar), "Qanun" Nəşriyyatı, Bakı 2018, 596 səh, sayı 506.
  19. "Ömür yükü"(Şeirlər, poemalar, qəzəllər, publisist yazılar) "Qanun" Nəşriyyatı, Bakı 2021, 624 səh,. sayı 300.
  20. "Vətən səndən nə qaldı", (Şeirlər, poemalar, yazılar) "Qanun" Nəşriyyatı, Bakı 2022, 512 səh,. sayı 300.
  21. "Seçmələr" (Şeirlər və nəzm hekayələr) VI cild, "Qanun" Nəşriyyatı, Bakı 2023, 512 səh,. sayı 300.

Müəllif və əsərləri haqqında çap olunmuş kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Əli Rza Xələfli. "Adı Şadiman olanın…". Bakı: Təknur, 2009, 256 səh. sayı 1000.
  2. Əli Rza Xələfli. "Axtala əfsanəsi". Bakı: Adiloğlu, 2010, 144 səh. sayı 500.
  3. Nəzirməmməd Quluyev (Zöhrablı). "Üç rəngli bayrağa bürünmüş şairə". Bakı: Adiloğlu, 2010, 148 səh.sayı 500.
  4. Əli Rza Xələfli "Qırmızı həqiqətlər", Bakı: Adiloğlu, 2011, 128 səh., sayı 500.
  5. Əli Rza Xələfli "Sözün yeddi gözəli", Bakı: "Vətən" nəşriyyatı, 2016, 239 səh., sayı 1000.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]