ŞUXLUQ

is.
1. Oynaqlıq, şivəlilik, nazlılıq, gülərüzlülük; naz, şivə, sərbəst və nazlı hərəkət.
Həmzəyə həmişəki kimi, yenə də Sonanın bu şuxluğu çox xoş gəldi. Ə.Əbülhəsən.

2. Qəşənglik, incəlik, zəriflik, məlahət.
[Qızların] əndamına şuxluq verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və uzunluğudur. M.S.Ordubadi.
Quşun tüklərinin oynaqlığını, şuxluğunu, zərifliyini, bir sözlə, gözəlliyini təsvir etməyə nə mövcud rənglər, nə məlum kəlmələr kifayət etməz. M.Rzaquluzadə.

3. məc. Zarafat.
□ Şuxluq eləmək – zarafat eləmək, əylənmək.
[Pəri:] Şuxluq edirəm, Bəhram, Sara harada olursa, bizə mane ola bilməyəcək. C.Cabbarlı.
Usta Kazım Azadı öz övladı kimi istəyir, onunla danışanda şuxluq eləyirdi. S.Rəhman.

Şuxluğa salmaq – zarafata salmaq.
[Kişi] söz arasında çox zaman şuxluğa salıb ruhanilər əleyhinə təbliğat aparırdı. Ə.Haqverdiyev.

Синонимы

  • ŞUXLUQ oynaqlıq — şənlik — şadlıq
  • ŞUXLUQ naz — əda — işvə — şivə
  • ŞUXLUQ gülərüzlülük
  • ŞUXLUQ yüngüllük — oynaqlıq

Антонимы

  • ŞUXLUQ ŞUXLUQ – QƏMGİNLİK İki il sonra o da şuxluqdan düşmüş və attraksiondan qovulmuşdu (S.Qədirzadə); Qəmginliyin şərbətin dadan adamların damağında şəkəri
ŞUX
ŞULUQ

Значение слова в других словарях

безголо́вый кла́ссовый поматере́ть ухо́ливать широ́ты элита́рность видеопрока́тный задурма́нивать из каки́х подкомите́т эстра́дный упрунец aileron extramural galley-proof hackhammer myrobalan plum rock hound soursop supremacist uniformed Voltairian yeld зги кукла