ŞULUQ

sif.
1. Nadinc, dəcəl, şuluqçu. Şuluq uşaq.
2. is. Dələduz. Yoluğun nəyi var, şuluğa versin. ( Ata. sözü ).
3. is. Hərc-mərclik, qarışıqlıq, qalmaqal, qayda-qanunsuzluq.
[Məmmədəli:] Güləndam, itin olum, küçüyün olum, bu ev çox şuluqdur, aman günüdür. N.Vəzirov.
…Məsciddə şuluq başlandı… M.S.Ordubadi.

□ Şuluq salmaq – qarışıqlıq salmaq, qarışdırmaq, pozğunluq salmaq, iğtişaş salmaq, qayda-qanunu pozmaq.
[Bülənd:] Dövlət yazır ki, Veys şuluq salıb, beş-on adam tutdurub. Ə.Əbülhəsən.

◊ İş şuluqdur – iş əngəldir, yaxşı deyil, içindən xata çıxacaq.
[Süleyman:] Sənin işin şuluqdur. M.İbrahimov.
[Kişi:] Bala, bu işlərin axırı şuluqdur. Qantəmir.

Синонимы

  • ŞULUQ şuluq bax 1. Şuluqçu; 2. nadinc
  • ŞULUQ şux — oynaq — yüngül
  • ŞULUQ dəcəl — nadinc

Антонимы

  • ŞULUQ ŞULUQ – DİNC Nə vaxt dəliləşib şuluq salardım; Xəmir yoğurardı qulaqlarımdan... (S.Tahir); Əhməd dinc uşaqdır

Этимология

  • ŞULUQ Şıltaq (və ya şərəşur) kəlməsi ilə qohumdur. “Səs-küy salan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞUXLUQ
ŞULUQÇU

Значение слова в других словарях

автомоби́льный выклёпываться поддёв теремо́чек то́щесть тра́вленый осо́товый отвлека́ть отрекомендо́вывать пира́тство пло́ттер хохоту́н речетать ardent canasta conversancy damnification dancetty epicenter heart shake heteromerous wag-at-the-wall индифферентность калийный подстанция