ŞƏMŞİR

[fars.] сущ. тур, къилинж; şəmşir çəkmək клас. турунал гъил вегьин, къилинж чӀугун, тур акъудун, турунал кикӀиз гьазур хьун.
ŞƏMSİYYƏ
ŞƏMŞİRBAZ
OBASTAN VİKİ
Aşıq Şəmşir
Aşıq Şəmşir (əsl adı: Şəmşir Qurban oğlu Qocayev; 15 mart 1893, Dəmirçidam, Cavanşir qəzası – 10 fevral 1980, Kəlbəcər rayonu) — Azərbaycan aşığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963). == Həyatı == Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla — Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Şəmşir Həziyev
Şəmşir Həziyev — polkovnik-leytenant, Həziyev Şəmşir Bəxtiyar oğlu 1978-ci il fevral ayının 27-də Cəbrayıl rayonunun Xələfli kəndində anadan olub. 1985-ci ildə Cəbrayıl rayonunun Xələfli kənd orta məktəbinə daxil olub, 1993-cü ilə qədər həmin məktəbdə təhsil alıb. 1993-cü ildən 1995-ci illə qədər təhsilini C. Naxcıvanski adına Hərbi Liseydə davam etdirib. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuş və 1999-cu ildə həmin məktəbi tank taqım komandiri ixtisası üzrə bitirib. 1999-cu il sentyabr ayından 2001-ci il oktyabr ayına qədər 888 saylı hərbi hissədə tank taqım komandiri, 2001-ci ilin oktyabr ayından tarixdən 052 saylı hərbi hissədə ezam olub. Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirdikdən sonra Müdafiə Nazirinin əmrinə əsasən 052 saylı hərbi hissədə 2002-ci ilin noyabr ayından 2003-cü il noyabr ayına qədər qrup komandirinin müavini vəzifəsində, 2003-cü il noyabr ayından 2008-ci ilin iyul ayına qədər qrup komandiri vəzifəsində, 2008-ci ilin iyul ayından Xüsusi Təyinatlı Alayın Əməliyyat Bölmə Rəisinin Baş köməkçisi vəzifəsində, 2014-cü ilin mart ayından 2014-cü ilin dekabr ayınadək kəşfiyyat bölmə rəisinin məlumatların toplanması və analizi üzrə köməkçisi vəzifəsində, 4 dekabr 2014-cü il tarixdən kəşfiyyat bölmə rəisi-kəşfiyyat rəisi vəzifəsinə, xidmət edir. 44 günlük vətən müharibəsində hərbi hissənin kəşfiyyar rəisi kimi Kəlbəcər, Cəbrayıl, Xocavən və Şuşa uğurunda döyüşlərdə aktiv iştirak edib. 7 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad olunması zamanı gedən döyüşlərdə ağır yaralanmışam. İki gün yaralı vəxiyyətdə Şuşa şhərində yaralıqaldıqdan sonra 9 noyabr 2020-ci il tarixində təxliyyə olunaraq Fizuli rayonunun Qaradiz qəsəbəsində ilkin tibbi yardım aldıqdan sonra Bakı Mərkəzi hərbi hospitalına təxliyyə olub. Qeyd olunmuş rayonların azad olunmasına görə medalı ilə təltif olunub və eyni zamanda "Qarabağ ordeni" ilədə təltif olub.
Dədə Şəmşir (film, 2002)
Film kəlbəcərli məşhur aşıq Aşıq Şəmşirə həsr edilmişdir.
Qənbər Şəmşiroğlu
Qənbər Şəmşiroğlu (tam adı:Qurbanov Qənbər Şəmşir oğlu; 16 noyabr 1933, Ağdaban, Azərbaycan SSR – 30 dekabr 2021, Bakı, Azərbaycan) — azərbaycanlı siyasətçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laurеatı. Qənbər Şəmşiroğlu 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib. 1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib. 16 noyabr 2008-ci ildə 75 illik yubileyi qeyd olunmuşdur.
Şəmşirxana (Ərdəbil)
Şəmşirxana (fars. شمشيرخانه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 37 nəfər yaşayır (7 ailə).

Значение слова в других словарях