Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiraslan Gursəsli
Şiraslan Gursəsli — "Planet Parni iz Baku" KVN teatrının aktyoru Tahir İmanovun ifa etdiyi personaj == Təqdimatı == "Şiraslan Gursəsli" personajı ilk dəfə "Planet Parni iz Baku" KVN teatrının 2004-cü ildə Heydər Əliyev Sarayında keçirilmiş konsertində tamaşaçılara "Qızıl Diş" qrupunun solisti və onun bədii rəhbəri kimi təqdim olunmuşdur. Diskləri "Səbiş Rekords" studiyasında yazılır. == Mahnıları == O mənim gözümün qarası. Mama, mazgimi eləmə. Mama, uç burdan. Tualet. Qohumbazlıq. == Həmçinin bax == Parni iz Baku Planet Parni İz Baku Studiya Tahir İmanov == Xarici keçidlər == Mama, mazgimi eləmə [1] 10line yubileyi 10line yubileyi Şiraslan. Tualet Klip.Şiraslan. Qohumbazlıq Arxivləşdirilib 2012-09-17 at the Wayback Machine Mama, uç burdan.
Şurabxan (Qürvə)
Şurabxan (fars. شوراب خان‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (77 ailə). Əhalisini kürdlər təşkil edir.
Şirakan (Mərgavar)
Şirakan (fars. ‎‎‎‎شيركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 762 nəfər yaşayır (126 ailə).
Şirakan (Urmiya)
Şirakan (fars. ‎شيركان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (13 ailə).
Şirxan Adıgözəlov
Şirxan Quliyev
Şirxan İsmixan oğlu Quliyev (2 sentyabr 1995, Muğanlı, Xocavənd rayonu – 7 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirxan Quliyev 2 sentyabr 1995-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 2002–2013-cü illərdə əvvəlcə, Xocavənd rayon Muğanlı kənd 2 saylı, sonra isə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Şirxan Quliyev 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduğu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. === Aprel döyüşləri === 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Şirxan Quliyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə atıcı olaraq vuruşmuşdur. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Şirxan Xaməmmədov
Şirxan Xaməmməd oğlu Xaməmmədov (9 fevral 1998; Məlikçobanlı, Şamaxı rayonu — 3 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şirxan Xaməmmədov 1998-ci il fevralın 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub. 2004-2015-ci illərdə G.Ağayev adına Məlikçobanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Şirxan Xaməmmədov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Culfa rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi iştirak edib. Şirxan Xaməmmədov noyabrın 3-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Məlikçobanlı kəndində torpağa tapşırılıb.
Şirxan Adıgözəlov (prokuror)
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sıravan
Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiya == Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. === Bulaqlar === Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). === Milli tərkibi === Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. == İqtisadiyyat == Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.
Qordon Straxan
Qordon Devid Straxan (9 fevral 1957, Edinburq) — keçmiș Şotlandiya futbol məşqçisi və oyunçusu.
Sirxan Məmmədov
Sirxan Məmmədov (d. 13 yanvar 1977, Tbilisi, Gürcüstan SSR, SSRİ) – Azərbaycan alpinisti. Qar bəbiri adı namizədidir. == Karyerası == 13 yanvar 1977-ci il Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Dağçılıq fəaliyyətinə 2001-ci il 8-9 may tarixlərində Şahdağ zirvəsi (4243 m) ilə başlayıb. Həmin ilin 10 mayında Heydər zirvəsinə (3751 m) çıxmışdır. Keçmiş SSRİ-nin yeddi min metrdən yüksək beş zirvəsindən dördünə - 2012-ci ildə İsmayıl Somoni (Kommunizm) (7495 m), 2012-ci ilin iyul-avqust aylarında Korjenev (7135 m), 2010 və 2013-cü il iyul-avqust aylarında Xan-Tenqri (7010 m) və 2011-ci ildə İbn Sina (Lenin) zirvələrinə (7130 m) qalxmış (Qələbə zirvəsindən başqa) və Qar bəbiri adına namizəddir. 2011-ci ildə Şimali Qafqazda Rus Ali Dağçılıq məktəbində "Bezingi" təlimatçılıq kurslarında iştirak etmiş, 3-cü dərəcəli metodist-təlimatçı adına layiq görülmüşdür. Növbəti ildə Şimali Qafqazda "Çey" düşərgəsində "Dağlarda xilasetmə" təlimlərində iştirak etmiş, 282 №-li "Dağlarda xilasedici" döş nişanı ilə təltif olunub. 2012-ci ildə Kommunizm zirvəsində (Tacikistan) Sirxan Məmmədovun rəhbərliyi ilə xilasetmə qrupu 6300 m yüksəklikdə polşalı alpinistlərin dağdan təxliyyəsində iştirak etmişdir.