ŞƏRBAF

is. [ fars. ] Nazik saplardan əl ilə bafta və sair bu kimi şeylər toxuyan, tikmə tikən usta. Bir dənə dülgərimiz, bir dənə dərzimiz yoxdur.
Papaqçı, dəmirçi, nalbənd, başmaqçı və şərbafdan başqa sənətkara gümanımız gəlmir. Çəmənzəminli.
Ərlik yekə qızdır, deyirəm: get ərə, getmir; Şərbaf Qasıma, bəzzaz ağa Qənbərə getmir. Ə.Nəzmi.
[Ağasəfər] bir-iki nəfər muzdurun bayaqkı qısaboylu şərbafa yaxınlaşdığını gördükdə canını dişinə tutaraq dedi. Ə.Əbülhəsən.

ŞƏRARƏTÇİ
ŞƏRBAFLIQ

Digər lüğətlərdə