Blok (mexanika): Redaktələr arasındakı fərq
k 82.194.31.152 (müzakirə) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq 93.88.81.211 tərəfindən yaradılan sonuncu versiya bərpa olundu Teq: Geri qaytarma |
|||
(5 istifadəçi tərəfindən edilmiş 6 dəyişiklik göstərilmir) | |||
Sətir 1: | Sətir 1: | ||
{{digər məna|Blok}} |
|||
'''Blok''' |
'''Blok''' — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə [[mexanizm]]lərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun ''OB=2r'' diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə ''OA=r'' - dir. Hec bir mexanizm işdə qazanc vermir |
||
Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: ''F2r=mgr''. Buradan , ''F=mg/2''. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. |
Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: ''F2r=mgr''. Buradan , ''F=mg/2''. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. |
||
Sətir 20: | Sətir 21: | ||
== Ədəbiyyat == |
== Ədəbiyyat == |
||
M.Murquzov. Fizika. VII sinif. Bakı. |
* M.Murquzov. Fizika. VII sinif. Bakı. |
||
⚫ | |||
⚫ | |||
[[Kateqoriya:Mexanika]] |
[[Kateqoriya:Mexanika]] |
Səhifəsinin 17:38, 22 aprel 2024 tarixinə olan son versiyası
Blok — çənbəri üzərində nov olan və oxa nəzərən fırlana bilən çarx olub sadə mexanizmlərə aiddir və iki növü vardır: tərpənən və tərpənməz bloklar. Tərpənən blok - qüvvədə 2 dəfə qazanc əldə etmək məqsədi ilə istifadə olunan birinci növ lingdir. Birinci növ ling - qollara təsir edən qüvvələrin hər ikisi dayaq nöqtəsindən bir tərəfdə olan lingdir. Blokdan aşırılmış ipə F qüvvəsi ilə təsir etdikdə, o dayaq nöqtəsi ətrafında dönür. Bu qüvvənin qolu blokun OB=2r diametrinə bərabərdir. Blokdan asılan yükə təsir edən ağırlıq qüvvəsinin həmin dayaq nöqtəsinə nəzərən qüvvə qolu isə OA=r - dir. Hec bir mexanizm işdə qazanc vermir
Blokun tarazlıq şərti - bloku saat əqrəbi istiqamətində fırladan qüvvələrin momentləri cəminin saat əqrəbinin əksi istiqamətində fırladan qüvvələrin momentləri cəminə bərabər olmasıdır: F2r=mgr. Buradan , F=mg/2. Yəni,tərpənən blok qüvvədə 2 dəfə qazanc verir.
Tərpənməz blok - qüvvədə qazanc verməyib, onun təsir istiqamətini dəyişən və qolları bərabər olan ikinci növ lingdir. İkinci növ ling - qollara təsir edən qüvvələr lingin dayaq nöqtəsindən müxtəlif tərəflərdə olan sadə mexanizmdir. Sadə mexanizmlər qüvvəni dəyişmək üçün işlədilən alətlərdir. Tarazlıq şərti: Fr=mgr və F=mg. Yəni,tərpənməz blok qüvvədə qazanc vermir.
Blok sözünün həmçinin, bir neçə mənası daha vardır. Onlara nəzər yetirək:
1. Hərfi anlamda: bir-birinə bənzər elementlər qrupu; məsələn: verilənlər baytları, yaddaş oyuqları və ya mətn seqmentləri. Bu termin müxtəlif kontekstlərdə işlədildiyindən onun dəqiq mənası təşkil olunduğu elementlərin tipindən asılı olur.
2. Proqramlaşdırmada: əməliyyat sistemi tərəfindən müvəqqəti olaraq proqrama ayrılmış (verilmiş) operativ yaddaşın bir bölməsinə və ya proqramın vahid tam kimi baxılabilən deyimlər qrupu.
3. Rabitə sistemlərində: identifikasiya kodlarından, verilənlərin özlərindən və xəta aşkarlama kodlarından ibarət olan ötürülən informasiya elementi.
4. Yaddasaxlama qurğularında: tam şəkildə oxunan və yazılan verilənlərin ardıcıl baytlarının qrupu.
5. Videosistemlərdə: vahid obyekt kimi emal olunan piksellərin düzbucaqlı şəbəkəsi.
6. Tətbiqi proqramlarda: ayrılan və sonradan onunla vahid tam kimi manipulyasiya edilən mətn seqmenti.
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- M.Murquzov. Fizika. VII sinif. Bakı.
- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.