Ana Səhifə

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 199.645 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında — 2021-ci ilin 24 iyul–8 avqust tarixlərində Yaponiyanın Tokio şəhərində baş tutan XXXII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarında 44 idmançı ilə 14 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarını 7 medalla (3 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində karateçilər Rafael Ağayev (gümüş) və İrina Zaretska (gümüş), güləşçilər Hacı Əliyev (gümüş), Rafiq Hüseynov (bürünc) və Mariya Stadnik (bürünc), həmçinin boksçu Loren Alfonso (bürünc) və cüdoçu İrina Kindzerskaya (bürünc) medala sahib oldu.

XXXII Yay Olimpiya Oyunlarında 3 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 67-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
İsmayıl xan ZiyadxanovAzərbaycan Cümhuriyyəti hökumətinin üzvü, diplomat, Azərbaycan Cümhuriyyəti ordusunun podpolkovniki. Rusiya imperiyası I Dövlət Dumasına seçilmiş 5 azərbaycanlıdan biri.

Türk Ədəmi-Mərkəziyyət Firqəsinin və "Müdafiə" təşkilatının qurucularındandır. Mart soyqırımı dövründə Şamaxı və Göyçay qəzalarında daşnak qüvvələrinə qarşı mübarizə aparıb. 1918-ci ilin sentyabr ayında başlamış Qarabağ hərəkatında iştirak edib. Aprel işğalından sonra bolşeviklər tərəfindən məhkəməsiz güllələnib.

İsmayıl xan Gəncə xanı Cavad xanın nəticəsi, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin isə nəvəsidir. Çar ordusununAzərbaycan Cümhuriyyəti Ordusunun zabiti olmuş Şahverdi xan ZiyadxanınAzərbaycan Cümhuriyyətinin Xarici İşlər Nazirinin müavini və Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri olmuş Adil xan Ziyadxanovun qardaşıdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq) gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir. Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdur. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdır.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli