Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (Azərbaycan): Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{vikiləşdirmək}}
1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.
1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur.
- 1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görünməsi üçün yeni-yeni ideyalar yaranmışdır.
- 1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görünməsi üçün yeni-yeni ideyalar yaranmışdır.

13:27, 18 aprel 2011 tarixindəki versiya

1906-cı ildə Bakı şəhərində yerli icra haimiyyəti orqanının xüsusi qərarı ilə 4 nəfərdən ibarət tərkibdə 25№-li yoxlama köşkü fəaliyyətə başlamışdır. Elə həmin ildə Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. - 1926-ci ildə bütün ölkə ərazisində elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar qəbul olunmuşdur. Bu da Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşüb. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq bu sahəyə diqqət artmış, işin keyfiyyətli görünməsi üçün yeni-yeni ideyalar yaranmışdır. - 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunmuş, əlavə səlahiyyətlər verilmiş, yeni laboratoriyalar yaranmışdır. - 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Kirovabad rayonu (hazırki Gəncə şəhəri) laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi. - Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikada standartlaşdırma və metrologiya üzrə dövlət siyasəti Nazirlər Kabineti tərkibində fəaliyyət göstərən Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən aparılırdı. - Bu sahələrin inkişafı və köklü irəliləyişlər isə milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. - "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır; - Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Komitənin Əsasnaməsini rəhbər tutur. Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Komitənin aşağıdakı vəzifələri mövcuddur:

- Öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək, həmin sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə müvafiq işlər aparmaq; - Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; - Dövlət metroloji nəzarətini həyata keçirmək, dövlət kəmiyyət vahidləri etalonlarını təsdiq etmək, ölçmə vasitələrinin müqayisəli yoxlanmasını və kalibrlənməsini təmin etmək, hüquqi şəxslərin metroloji xidmətləri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilən ölçmə vasitələrinin kalibrlənməsi və müqayisəli yoxlanması fəaliyyətinə nəzarət etmək, ölçmələrin yerinə yetirilməsi üsullarının attestasiyasını təmin etmək, çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətini həyata keçirmək, ölçmə vasitələrinin dövlət sınaqlarını aparmaq, ölçmə vasitələrinin tipini təsdiq etmək və bu barədə müvafiq sənəd vermək; - Dövlət standartları, texniki şərtlər, sahə standartları, texniki-iqtisadi və sosial informasiya təsnifatları, beynəlxalq (regional) və dövlətlərarası standartlar və standartlaşdırma üzrə normalar, qaydalar və tövsiyələr, xarici ölkələrin milli standartları, standartlaşdırma üzrə beynəlxalq (regional) və dövlətlərarası müqavilələr, habelə onların tətbiqi qaydaları haqqında rəsmi məlumatların dərcini təşkil etmək; - Texniki tənzimləmə və standartlaşdırma üzrə normativ sənədlərin dövlət fondunu öz səlahiyyətləri daxilində idarə etmək və təkmilləşdirmək; - Məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanlarının müvafiq sahədə fəaliyyətlərini əlaqələndirmək; - Məhsulların istehsalı, istifadəsi, istismarı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirmək; - İstehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirmək; - Azərbaycan Respublikasının normativ sənədlərinin və ya Azərbaycan Respublikasında tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərin standartlarının tələblərinə uyğun olmayan, insanın həyatı, sağlamlığı və əmlakına, habelə ətraf mühitə zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışa buraxılmasının, istifadəsinin və icrasının qarşısının alınması məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlər görmək; - İstehlak bazarının normativ sənədlərin tələblərinə uyğun olmayan, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək; - Milli Uyğunluğun Təsdiqi Sisteminin təkmilləşdirilməsini, tətbiqini təmin etmək və onun tələblərinə riayət edilməsinə nəzarət etmək; - Məhsulların (işlərin, xidmətlərin) və keyfiyyəti idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə aparılan işləri əlaqələndirmək və onlara nəzarəti həyata keçirmək; - Milli Akkreditasiya Sistemini yaratmaq, tətbiq etmək və təkmilləşdirmək, uyğunluğun qiymətləndirilməsi orqanlarının, sınaq laboratoriyalarının (mərkəzlərinin) akkreditasiyası üzrə işləri aparmaq və qanunvericiliyə uyğun olaraq onların fəaliyyətlərinə nəzarəti həyata keçirmək; - Sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsini qanunvericiliyə uyğun olaraq təmin etmək; - Qanunvericiliklə müəyyən edilmiş qaydada sənaye mülkiyyəti obyektləri barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını həyata keçirmək, sənaye mülkiyyəti obyektlərinin qeydiyyata alınması və ya patent verilməsindən imtina barədə qərarlar qəbul etmək, dövlət reyestrini aparmaq, müvafiq mühafizə sənədlərini vermək, onların qüvvədə saxlanılması üçün müvafiq tədbirlər görmək; - Sənaye mülkiyyəti obyektlərinin ilkin istifadəçilərinin hüquqlarının tanınması barədə müraciətlərə baxmaq və müvafiq qərar qəbul etmək; - Patent müvəkkillərinin attestasiyasını və qeydiyyatını aparmaq; - Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydə alınması, hüquqi mühafizəsi və onlardan istifadə sahəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək; - Akkreditasiya edilmiş orqanlar tərəfindən qanunvericiliyə müvafiq olaraq sahibkarlıq subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlərin verilməsində qanunvericiliyə riayət olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək və s.