Alim Dərələyəzli: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
k Şablonda lazımsız hisse silinir
k Şair
Sətir 1: Sətir 1:
{{Yazıçı
{{Şəxs
|Şəkil = Alim Dərələyəzli.jpg
|Şəkil = Alim Dərələyəzli.jpg
|Şəkil məlumat =
|Şəkil məlumat =

13:58, 10 iyun 2011 tarixindəki versiya

ALİM DƏRƏLƏYƏZLİ
Doğum tarixi 18 may 1953(1953-05-18) (71 yaş)
Doğum yeri
Fəaliyyəti şair

Alim Dərələyəzli - Alim Cəfər oğlu Gülmalıyev

Həyatı

Alim Dərələyəzli 18 may 1953-cü ildə Gəncə şəhərində dünyaya göz açib. Ailəsi 1956-cı ildə Ata yurdu Dərələyəz mahalına köçüb. Uşaq ikən anasından uzaq düşür. 8 illik məktəbi doğma Qalaxlı kəndində bitirir. 1969-cı ildə Alim Gəncəyə gəlir. 27 saylı Texniki Peşə məktəbində mantyor vəzifəsinə yiyələnir. Həm də 8 saylı Fəhlə-Gənclər məktəbində orta təhsil alır. 1972-ci ildə məktəbi bitirib, yenidən ata yurdu olan Dərələyəz mahalına qayıdır.. Bir müddət Arpa-Sevan tunelində çalışır.1973-cü ildə hərbi xidmətə yollanır.1973-75-ci illrdə İrkutsk şəhərində hətbi xidmətdə olur.1975-ci ildə xidməti başa vurub Kemerovo şəhərinə yollanır. Həmin ili də Dağ-mətən texnikomuna daxil olur və 1978-ci ildə texnikomu bitirir.1978-ci ilin payızında xəstəliyi ilə əlaqədər Mingəçevir şəhərinə gəlir. O vaxtdan dövrü mətbuatda şerləri çap olunur.Qızğın yaradıcılığa isə 1980-cı ildən başlayır.Şerləri,Təmsilləri yerli və Respublika qəzet və jurnallarında müntəzəm dərc olunur. ”Mingəçevir İşıqları”, ”Azərbaycan İşıqları”, ”Səda”, ”Kirovabad Kommunisti”, ”Nizami yurdu”, ”Yevlağın Təşəbbüs” qəzetində şairin şerləri müntəzəm dərc olunur.Alim Kür ədəbi birliyinin üzvü olub.1990-cı ildə şair “Boz-Dağ” ədəbi birliyinin sədri seçilir. 1995-ci ildə o Bakı şəhərinə köçür. 1996-97-ci illərdə AYDINLIQ qəzetinin bölgə müxbiri vəzifəsində çalışır. 1997-98-ci illərdə isə “HƏMRƏYLİK”qəzetində redaktor vəzifəsində çalışııb. Yazıları Respublika,”Xalq” qəzetində dərc olunub.O dövrlərdə dövlət televiziyasında radio verlişləri hazırlayıb. Şairin ilk kitabı, “Qəlbimin Dağ Boyda Qəmi “1992-ci ildə Gənclik Nəşriyyatı tərəfindən işıq üzü görür. 1994-cü ildə isə Gənclik Nəşriyyatı tərəfindən şairin ikinci “Qaramanlı Qamboy Ağa” kitabı nəşr olunur. “Qeyrət Qalası” kitabı isə 1995–ci ildə “Səda” nəşriyyatı tərəfindən çap olunur. “Dərələyəzim Dərdim Mənim” kitabı isə 1999-cu ildə “Ağrıdağ” nəşriyyatı tərəfindən çap olunur. Şairin cəbhə bölgəsində yazdığı “Mingəçevir Şahinləri” kitabı 1999-cu ildə “Səda” nəşriyyatı tərəfindən çap olunur.Bir neçə Almanaxda şairin Şerləri və bayatıları çap olunub. Geniş oxucu kütləsinə “Qəlbimin Dağ Boyda Qəmi”, ”Qeyrət Qalası”, ”Qaramanlı Qamboy Ağa”, ”Dərələyəzim Dərdim Mənim”, Mingəçevir Şahinləri” kitabları ilə tanış olan şair bu günün özündə də coşqun həvəslə öz yaradıcılığını davam etdirməkdədir.Şairin son illərdə qələmə aldığı şerlər və poemalar yaxın günlərdə geniş oxucu kütləsinə təqdim olunacaqdır. 1985-ci ildə universiteti bitirib,ali təhsillidir. Şairin əksər əsərləri qəhramanlıq mövzusu üzərində qurulub.Ailəlidir. İki övladı var.

Kitabları

  • “Qəlbimin Dağ Boyda Qəmi“, 1992, "Gənclik Nəşriyyatı"
  • “Qaramanlı Qamboy Ağa” 1994, "Gənclik Nəşriyyatı"
  • “Qeyrət Qalası” 1995, “Səda” nəşriyyatı
  • “Dərələyəzim Dərdim Mənim”, 1999, “Ağrıdağ” nəşriyyatı
  • “Mingəçevir Şahinləri” 1999, “Səda” nəşriyyatı

Yaradıcılığı

TÜRK BAŞI
Bə”zi vəzifə düşgünlərinə.)
Bir tanınmış alimin,
Kefi yüznən gedirdi.
Aman – zaman bir oğlu,
Arama toy edirdi.
Gəlmişdi qonaqları,
Xarici ölkələrdən.
Sevincindən bu alim,
Çırtıq çalırdı hərdən.
Onun həmkarlarının,
Çoxu bu toyda idi.
Ayağa qalxıb alim,
Təmtəraqlı tost dedi:-
Əzizlərim, bu toyda,
Qəlbinizə nə yatmır?
Gördüyünüz süfrədə,
Nə kəsirdi, nə çatmır?
Daşnak Xaçik dilləndi:-
Toy keçəcək çox yaxşı.
Lskin süfrəni üstdə,
Çatışmayır Türk başı.
Bütün məclisdəkilər,
Bu fikri bəyəndilər.
Xaçikin təklifinə,
Əməl olsun dedilər.
Baş üstdə, deyib alim,
Özünü çölə atdı.
Bircə saat keçməmiş,
Əlində baş qayıtdı.
Alim dedi:- Qardaşlar,
Bu Şuşalı başıdı.
Şuşalının başını,
Elə yemək yaxşıdır.
Qarabağ üzükdürsə,
Şuşa bir qaşlı almaz.
Şuşasız Qarabağı,
Heç vədə almaq olmaz.
Məclis qalxıb alimin,
Başına pul səpdilər.
Onu bağrına basıb,
Qucaqlayıb öpdülər.
Xaçik dedi:- Əvvəlcə,
Bir mənalı tost deyək.
Yerevan konyakıyla,
Türkün beynini yeyək.
Alim dedi:- Xaçican,
Danışanda, düşün bir.
Məgər sən bilmirsən ki,
Türkdə beyin nə gəzir?
Babamız vazgen burda,
Heç bilirsən nə deyib?
Türkün beynini çoxdan,
Anuş, Haykanuş yeyib.
17 sentyabr 1990.

BÖYÜK–KİÇİK OLAN YERDƏ
Mingəçevirin yaşıl şəhər olmasında, Çiçəklənməsində el ağsaqqalı Yusif Müəllimin böyük əməyi olubdur.
Ürəklərə nə xal düşər,
Hər bəladan çıxar bəşər,
Həyat elə gözəlləşər,
Böyük – kiçik olan yerdə.

Əyri düzə qalib gəlməz,
At oynadıb, şeytan gülməz.
Yalan işə keçə bilməz,
Böyük – kiçik olan yerdə.

Gün xoş keçər, nəs gəlməz il,
Şər qüvvələr ötməz dil- dil,
Eləməzlər milçəyi fil,
Böyük – kiçik olan yerdə.

Qonum – qonşu küsən olmaz,
Xalqı asıb – kəsən olmaz,
Haram tikə kəsən olmaz,
Böyük – kiçik olan yerdə.

Qalxsa neylər üstümə yad,
Qan tökülməz, düşməz fəryad.
Axarına düşər həyat,
Böyük – kiçik olan yerdə.

Gələcəyə inam da var,
Yaşamağa güman da var,
Allah da var, iman da var,
Böyük – kiçik olan yerdə.

Qəm – qüssəsiz millət yaşar,
Var – dövlət də aşıb – daşar.
Şair Alim söz danışar,
Böyük – kiçik olan yerdə.

ŞEYTAN BARMAQ EYLƏMƏSƏ
Ruzigardan açmadım baş,
Sinəmdə ox,gözümdə yaş,
Heç kim atmaz Şeytana daş,-
Şeytan barmaq eyləməsə.

Torpaq üstə axan qanlar,
Göl yaratdı ey insanlar.
Haqqa gələr müsəlmanlar,-
Şeytan barmaq eyləməsə.

Peyğəmbər çıxdı özündən,
Vurdu Şeytanın gözündən.
Silinər şər yer üzündən,-
Şeytan barmaq eyləməsə.

Məni tənha qoydu yarım,
Bitmək bilmir ahı-zarım.
Çiçək açar arzularım,
Şeytan barmaq eyləməsə.

Hikkəsindən partlayardı,
Şərin bağrı çatlayardı,
Qurd qoyunla otlayardı,-
Şeytan barmaq eyləməsə.

Əsil sevgi deyil həvəs,
İlahidən gələn bu səs.
Cəhənnəmə düşməz bir kəs,-
Şeytan barmaq eyləməsə.

Çəkməsəydim acı,zillət,
Etməz idim şərə nifrət.
Baş qaldırmaz kin-küdurət,-
Şeytan barmaq eyləməsə.

Susdurulsa hər yaramaz,
Bir kəs İblisi aramaz.
Eşşəyimiz soncuxlamaz,-
Şeytan barmaq eyləməsə.

Qan rəngində bitir lala,
Könlüm düşür min xəyala.
Haram qatmazdıq halala,-
Şeytan barmaq eyləməsə.

Bərpa olar haqq-ədalət,
Bilinərdi qədir-qiymət.
Aşıb-daşar ruzu_sərvət,-
Şeytan barmaq eyləməsə.

Toxum kimi əkilməzdik,
Xaç suyuna çəkilməzdik.
Biz çarmıxa çəkilməzdik,-
Şeytan barmaq eyləməsə.

Olmasaydı qəmim-dərdim,
Zirvələri fəth edərdim.
İlanla da yol gedərdim,
Şeytan barmaq eyləməsə.

Şəri şərlə boğsam əyər.
Başım asimana dəyər.
Vətən mənə oğul deyər.
Şeytan barmaq eyləməsə.

Gəlib çatdı Qatar, Alim,
Qəm şələsin atar Alim.
İstəyinə çatar Alim,-
Şeytan barmaq eyləməsə.
Bakı. 2006.

BİR CÜT KƏL
Daş daşındı, yer şumlandı,
Bir cüt kəlin səbəbinə.
Odun gəldi, ocaq yandı,
Bir cüt kəlin səbəbinə.

Daşı dərzi, tök xırmana,
Öküzdəri çək xırmana.
Dən daşındı dəyirmana,
Bir cüt kəlin səbəbinə.

Pul tapıldı qəndə, çaya,
Xeyir – şərə, toya, vaya.
Ot toplandı taya – taya,
Bir cüt kəlin səbəbinə.

Bədən çökdü, qol işlədi,
Ayaq getdi, əl işlədi.
Xış yeridi, vəl işlədi,
Bir cüt kəlin səbəbinə.

Yorulmadı, zəhmət çəkdi,
Dirrik saldı, ağac əkdi,
Yaraşıqlı evlər tikdi,
Bir cüt kəlin səbəbin.

Pıçıldadı odlu ürək,
Qazanasan varı gərək.
Böyük külfət tapdı çörək,
Bir cüt kəlin səbəbinə.
 
YAZIĞIM GƏLİR
Bir kimsəsiz xəstəyə,
Elə yazığım gəlir.
Yetim, yesir, çolağa,
Şilə yazığım gəlir.

Dünyada ömür sürən,
Varmı bir xoşbəxt görən?
Milçəyə hesab verən,
Filə yazığım gəlir.

Gözlərim şahid canlı.
Günlər qadalı, qanlı.
Yan- yörəsi tikanlı,
Gülə yazığım gəlir.

Ölkələr oldu talan,
Tac qoydu zəfər çalan.
Vətənə həsrət qalan,
Elə yazığım gəlir.

Alim dərdli, can xəstə,
Vur – qırğındır yer üstə.
Kəsilən düz söz üstə,
Dilə yazığım gəlir.
Dərələyəz, 1989
     
QORXURAM
Deyirlər qorxmursan açıq yazırsan?
Deyirəm niyə ki, hərdən qorxuram.
Silahsız olarkən üstümə gələn
Pələngdən qorxuram, şirdən qorzuram.
Deyirəm niyə ki, hərdən qorxuram.

Qara buludlardan, qara yağışdan,
Qəfil zəlzələdən,dəhşətli qışdan.
Göydən üstümüzə yağan ataşdan,
Böyük cazibəli yerdən qorxuram.
Deyirəm niyə ki, hərdən qorxuram.

Yerdə də, göydə də, o yan, bu yanda,
Qəzəbli vaxtımda, qan qaynayanda,
Mərc gəlib biriylə nərd oynayanda,
Altı üzü olan zərdən qorxuram.
Deyirəm niyə ki,hərdən qorxuram.

Nalə çəkir qan qardaşım, o İran,
Necə gülüm ya dağ olsun, ya aran,
Tikanlı məftillə bərk hasarlanan,
Arazdan qorxuram, Kürdən qorxuram.

Alim, çəkinməyib xalqın çətindən,
Hər kəs dadmalıdır öz zəhmətindən.
Bə”zi insanların hərəkətindən,
Xain qəlbindəki sirdən qorxuram.
1978

ŞİRİN QƏLƏBƏSİ
Keçini şah seçdilər,
Çox varlı bir mahala.
Yığdı dostu, tanışı,
Başına bala - bala,
Şahlıq edən keçinin,
Vəziri oldu dələ.
Dələ də süpürləyib,
Hər şeyi aldı ələ.
Eşşək oldu baş nazir,
Yeyib – içib kam aldı.
Zınqırovlu təkəyə,
Xarici işlər qajdı.
Qoyun baxdı ərzağa,
əkin – biçin işinə.
Ticarəti, alveri,
Camış çəkdi döşünə.
Öküzə düşdü təhsil,
Səhiyyə, mədəniyyət.
Milli bangı götürdü,
Qurd ləqəbli bədniyyət.
Polisə başçı oldu,
Yəhər – yüyənsiz kəhər.
Hərbi nazir qoyuldu,
Dəli qatır birtəhər.
Bölgələrin bəyliyi,
Dana – doluğa düşdü.
Bu bölgüdən narazı,
Xoruzla, buğa düşdü.
Şirlər, pələnglər hirslə,
Meşəni tərg etdilər.
Buğa ilə, boz qoduq,
Özgə yolla getdilər.
Düşünüb, yaratdılar,
Hərəsi bir cəmiyyət.
Düşdü ayrı seçkilik,
Talan oldu məmləkət.
Keçinin ən sevdiyi,
Ne”mət idi al şərab.
Gecə - gündüz hey içdi,
Axırda oldu xarab.
Bir gün ayılıb gördü,
Vəziyyəti ağırdı
Başının dəstəsini,
Məsləhətə çağırdı.
Çaqqal bir – iki ağız,
Hündürdən vaqqıldadı.
Bayquş evi yıxılmış,
Qəmli – qəmli uladı:-
Meşədə peyda olub,
Yeddibaşlı əjdaha.
Nə bizə qulaq asır,
Nə bizi sayır daha.
Nədənsə heyvanların,
Çoxu ona inanır.
Özünü bu meşənin,
Deyəsən şahı sanır.
Deyirlər o əjdaha,
Arxalıdır, qoçaqdır,
Bir balaca ləngisək,
O bizi udacaqdır.
Təklif budur, hər yerdə,
Dar ağacı qurulsun.
Bənd – bərələr kəsilsin,
Meşəyə od vurulsun.
Bəyəndilər təklifi,
Tezcə səsə qoyuldu.
Şah başını tərpədib,
Çoxluğa tabe oldu.
Əjdahanın üstünə,
Onlar qoşun yeritdi.
Bir neçə gün meşədə,
Qanlı döyüşlər getdi.
Bu hərc – mərcliyi görüb,
Düşmənlər qaldırdı baş.
Gecə -gündüz meşəyə,
Hər tərəfdən yağdı daş.
Meşə heyvanlarının,
Tamam bağrı qan oldu.
Nə qədər qoyun – quzu,
Qanına qəltan oldu.
Gözüyaşlı heyvanlar.
Çox götür- qoy etdilər.
Axırda durub Şirin,
Hüzuruna getdilər.
Şirin qarşısındaca,
Baş əyib, diz çökdülər.
Gözlərinin yaşını,
Dolu kimi tökdülər.
Talan olmuş meşənin,
Dərdindən söz saldılar.
Birtəhər onlar şirin.
Ürəyini aldılar.
Yaxasını kənara,
Çəkmədi belə vaxtda.
Dünyagörmüş müdrik Şir,
Keçib əyləşdi taxtda.
Meşənin hər yerində,
Söndürüldü yanğınlar.
Çəilməyə başladı,
Şaxta, çovğun, boran – qar.
Çoxlu oyun oynandı,
Dedi, həvəsdi, bəsdi.
Müdrik Şir əjdahanın,
Tutub başını kəsdi.
Mingəçevir, 28 noyabr 1993.

Xarici keçidlər

Həmçinin bax