Oda Teatrı: Redaktələr arasındakı fərq
Sətir 32: | Sətir 32: | ||
== Fəaliyyəti == |
== Fəaliyyəti == |
||
Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumın dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar) tamaşalarını səhnələşdirib. |
Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumın dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis" tamaşalarını səhnələşdirib. |
||
== Aktyorları == |
== Aktyorları == |
10:16, 7 sentyabr 2014 tarixindəki versiya
Oda Teatrı | |
---|---|
Ümumi məlumatlar | |
Əsası qoyulub | 15 iyul 2013 |
Heyət | |
Direktor | Elmin Bədəlov |
Yerləşməsi | |
Ünvan | Əlövsət Quliyev 115 |
Oda Teatrı — Bakıda yerləşən müstəqil teatr.
Yaranması
Teatr bir qrup gənc tərəfindən yaradılıb və yarandığı ilk vaxtlarda müxtəlif məkanlarda tamaşalar göstərib. Daha sonra Topçubaşov 38 ünvanında yerləşən zirzəmidə məskunlaşan teatr Azərbaycanda ilk zirzəmi teatrı olaraq fəaliyyətini davam etdirib. Fəaliyyəti dövründə bir neçə problemlə üzbəşən teatr hətta bir müddət fəaliyyətini dayandırıb. Hazırda teatr Əlövsət Quliyev 115 ünvanında yerləşir. ODA 2-ci mövsümünü amfteatr quruluşunda həyata keçirəcək. Teatrının rəhbəri Elmin Bədəlovdur. Teatrın rejissoru İmam Həsənov, teatrın aktyorları isə İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Niyaz Ilyasoğlu.
Fəaliyyəti
Teatr fəaliyyət göstərdiyi dövr ərzində Rumın dramaturqu Matey Vişnekin “Səncə döyəcəklər?”, Qoqolun “Evlənmə”, Samir Sədaqətoğlunun "İtən vaxt"(mono tamaşa), Pərviz Bəşərdüstün "Arzular bağı", Somerset Moemin “Qisas” hekayəsi əsasında hazırlanan “Xəyali Qisas”, Peter Turrininin “Axır ki, qurtardıq” əsəri əsasında hazırlanan “Suicide”(İntihar), Sien Ekerin əsəri əsasında hazırlanmış "Apokalipsis" tamaşalarını səhnələşdirib.
Aktyorları
İlqar Cahangir, Rauf Şahsuvarov, Elmin Bədəlov, Nihad Qulamzadə, Aynur Zərrintac, Niyaz İlyasoğlu
İstinadlar