Rumlu tayfası: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Teq: Mobil tətbiqetmə vasitəsilə redaktə
Teq: Mobil tətbiqetmə vasitəsilə redaktə
Sətir 9: Sətir 9:
ərkanından biri sayılması daha ziyadə ağıllı və dirayətli bir şəxsiyyət olmasından irəli gəlmişdir. [[I Şah Təhmasib]]öldüyü zaman ən qüvvətli şəxsiyyət olaraq Hüseyin Qulu Xüləfa görünməkdədir. Gerçəkdən də
ərkanından biri sayılması daha ziyadə ağıllı və dirayətli bir şəxsiyyət olmasından irəli gəlmişdir. [[I Şah Təhmasib]]öldüyü zaman ən qüvvətli şəxsiyyət olaraq Hüseyin Qulu Xüləfa görünməkdədir. Gerçəkdən də
çoxsaylı olan rəqiblərinə qələbə çalaraq taxtı [[II Şah İsmayıl|İsmayıl Mirzəyə]] təmin etmişdir. Hüseyin Qulu Xüləfanın çağdaşı olan Rumludan bir başqa əmir də [[Xoy valisi]] [[Dəli Budaq]] olub, dürüst, təmiz inanclı bir [[Türk]] idi. [[İsfahan]]lı Fəzliyə görə [[I Təhmasib]]in ölümü əsnasında bir qisminin adlarını verdiyimiz doqquz Rumlu əmiri vardı.
çoxsaylı olan rəqiblərinə qələbə çalaraq taxtı [[II Şah İsmayıl|İsmayıl Mirzəyə]] təmin etmişdir. Hüseyin Qulu Xüləfanın çağdaşı olan Rumludan bir başqa əmir də [[Xoy valisi]] [[Dəli Budaq]] olub, dürüst, təmiz inanclı bir [[Türk]] idi. [[İsfahan]]lı Fəzliyə görə [[I Təhmasib]]in ölümü əsnasında bir qisminin adlarını verdiyimiz doqquz Rumlu əmiri vardı.
== [[II Şah İsmayıl]] və [[Şah Məhəmməd Xudabəndə]] dövrü ==


== Həmçinin bax ==
== Həmçinin bax ==

23:11, 3 avqust 2016 tarixindəki versiya

Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və ToqatAmasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumluların Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar.

Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşunu qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan XəlifəAyqud Bəyi tanıyırıq.

Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər. Bu nədənlə onların irəli gələnlərinin bir qismi xəlifə ünvanı daşıyırlar. Hicri 940 (1533-1534) tarixində Təhmasibin yaxın əmirlərindən Əmir Bəy (Sultan) bu boydandır. Tarixçi Həsən Bəy Rumlu, hicri 946-cı (1539-1540) ildə ölən bu Əmir Sultanın nəvəsidir. Hicri 937-də (1530-1531) Qum şəhərində doğulan tarixçi Həsən Bəy, qorucular arasında bulunaraq bir çox səfərlərə qatılmışdır. Rumlu Süleyman Sultan hicri 940-cı (1533-1534) ildə, Əmir Sultan kimi, mərkəz əmirlərindən idi. Rumlulardan digər bir əmir də Sofiyan Xəlifə idi. Sofiyan Xəlifə 941-də (1534-1535) Məşhəd və 942-də Herat valiliyində bulunmuş və eyni ildə Özbək hökmdarı Übeyd Xan ilə etdiyi bir savaşda öldürülmüşdür. Onun Sivas şəhəri əhalisindən olduğunu bilirik. Rumlulardan Hüseyn Can Sultan da böyük əmirlərdən olub hicri 954-də (1549) Çuxursəəd valisi idi. Pir Sultan Xəlifə də Hüseyin Can Sultana çağdaş Rumlu əmirlərindən biridir. Eyni ildə Rumlu Qanqara Sultanın İskəndər Paşa ilə edilən savaşa qatıldığını bilirik. Rumlu Ədhəm Bəyə gəlincə, bu əski əmirül-üməra Div Sultanın oğlu idi. Onun hicri 954-də (1547) Dekkan hökmdarına elçilik ilə göndərildiyi görünür. Ölümü hicri 959-cu ildən sonradır. Vəli Xəlifə, Şah Qulu bəy, Aras xanHüseyin Qulu Xüləfa I Təhmasibin son zamanlarındakı Rumlu əmirlərini təşkil edirlər. Bunlardan Aras Xan Şirvan valisi olub, OsmanlıSəfəvi hərbində Özdəmir Oğlu Osman Paşa ilə savaşması dolayısı ilə bizim tarixlərdə də adı keçir. Hüseyin Quluya gəlincə, o, əvvəlcə qeyd edildiyi kimi, xəlifətül-xüləfa idi. Bu sifətlə Türkiyənin hər tərəfindən gələrək dövlət mərkəzi Qəzvində oturan 10,000 qədər sofunun başı sayılırdı. Bununla yanaşı, Hüseyin Qulu Xüləfanın ən mötəbər dövlət ərkanından biri sayılması daha ziyadə ağıllı və dirayətli bir şəxsiyyət olmasından irəli gəlmişdir. I Şah Təhmasiböldüyü zaman ən qüvvətli şəxsiyyət olaraq Hüseyin Qulu Xüləfa görünməkdədir. Gerçəkdən də çoxsaylı olan rəqiblərinə qələbə çalaraq taxtı İsmayıl Mirzəyə təmin etmişdir. Hüseyin Qulu Xüləfanın çağdaşı olan Rumludan bir başqa əmir də Xoy valisi Dəli Budaq olub, dürüst, təmiz inanclı bir Türk idi. İsfahanlı Fəzliyə görə I Təhmasibin ölümü əsnasında bir qisminin adlarını verdiyimiz doqquz Rumlu əmiri vardı.

Həmçinin bax