Frenk Lempardın İngiltərə milli komandasında çıxışı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 27: Sətir 27:
Lempard 26-cı beynəlxalq qoluna Ukrayna komandasına keçirilən matçda vurdu və beləliklə qolların sayını Brayn Robson ilə bərabərləşdirdi.
Lempard 26-cı beynəlxalq qoluna Ukrayna komandasına keçirilən matçda vurdu və beləliklə qolların sayını Brayn Robson ilə bərabərləşdirdi.


Martın 22-də o milli komandada 28-ci qoluna imza atmaqla İngiltərə millisinin ən məhsuldar yarımmüda
Martın 22-də o San-Marinoya qarşı görüşdə 28-ci qoluna imza ataraq Devid Platı keçdi və İngiltərə millisinin ən məhsuldar yarımmüdafiəçisi adını qazandı.
On 22 March, he surpassed David Platt as England's highest scoring midfielder when he scored his 28th international goal in a 0–8 win over San Marino.[197]


===2014 FİFA Dünya Kuboku===
2014 World Cup
2014-cü ilin mayın 12-də Lempard dünya çempionatına aparılacaq 23 nəfərlik heyətə daxil edildi və 1 həftə sonra vitse-kapitan olacağı elan edildi. İyunun 24-də Kosta Rika millisinə qarşı oynanılan qrupun son matçında o kapitanlıq sarğısını daşıyırdı və görüş 0-0 habı ilə başa çatdı.
On 12 May 2014, Lampard was named in the 23-man England squad for the 2014 FIFA World Cup[198] and a week later he was named vice-captain.[199] On 24 June, for the last game of the group stage, Lampard captained his England side to draw with Costa Rica 0–0.[200]


===Millidən gediş===
Retirement
2014-cu ilin avqustun 26-da Lempard milli karyerasını başa vurduğunu açıqladı. Beləliklə o 106 matçda millinin formasını geyindi və 29 dəfə fərqlənə bildi.
On 26 August 2014, Lampard announced that he had retired from international football. He earned 106 caps, scoring 29 goals.[201][202]

09:41, 31 iyul 2017 tarixindəki versiya

Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1 matçda 1998-ci ilin fevral ayında İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı.

Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı keçirdi. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu olmuşdur.

Avro 2004

O UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və Lempard bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır

Avro 2004 sonrası

Pol Skolz yığmada çıxışını başa vurduğunu elan etdikdən sonra Lempard komandanın daimi oyunçularından biri olmuşdur. Nəticədə 2004 və 2005-ci illərdə o azərkeşlər tərəfindən İngiltərə ilin futbolçusu seçilmişdir. 2006-cı il FİFA Dünya Kuboku təsnifat mərhələsində Lempard 5 qol ilə millinin bombardiri oldu

2006 Dünya Kuboku

Turnirdə ilk rəqibləri olan Paraqvay üzərində 1-0 hesablı qələbə qazanmış İngiltərə yığmasının tərkibindən Frenk Lempard matçın adamı elan olundu. Turnirin bütün matçlarında forma geyməsinə rəğmən Lempard turniri qolsuz başa çatdı və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı keçirilən penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur.

2007–09

2007-ci ildə Almaniya millisinə qarşı keçirilən yoldaşlıq matçında o qol vursada yekunda İngiltərə yığması 2-1 hesabı ilə məğlub oldu. 2007-ci ilin oktyabrın 13-də Avro 2008-in təsnifat mərhələsi çərçivəsində Estoniya millisinə qarşı matçın ikinci hissəsində oyuna daxil olarkən ingilis azərkeşlər onu fitə basmışdı. Lempard İngiltərə millisinin 500-cü qoluna Uembli stadionunda keçirilən matçda imza atdı. 2009-cu ilin sentyabrında Lempard Xorvatiya millisinə qarşı keçirilən matçda iki dəfə fərqlənərək yekunda ingilislər 5-1 hesabı ilə qələbə qazandı və 2010 FİFA Dünya Kubokuna qaıtlmaq üçün yerini möhkəmləndirdi.

2010 Dünya Kuboku

1/16 final mərhələsində Almaniya seçməsinə qarşı keçirilən oyunda Lempard birinci hissədə fərqlənsədə hakimlər topun qatı xəttini keçmədiyinə işarə etmişdir. Hətta Tv kanallarda epizod dəfələrlə nümayiş etdirilərkən topun qapı xəttini açıq-aşkar keçdiyi görünürdü. Əgər bu top hesaba alınsaydı matçda hesab 2-2 olacaqdı. Baxmayaraq ki baş hakim və yan xətt hakimi epizodun qol olduöunu gördü amma oyuna davam etdirdilər. Yekunda isə matç Almaniya millisinin 4-1 hesablı qələbəsi ilə başa çatdı və ingilislər turnirlə vidalaşdı.

İngiltərə millisinin yarışı dəyandırmasından sonra Lempard 1966-cı ildən bəri qapıya doğru 37 zərbə vurmasına rəğmən qol hesabını açmayan futbolçu rekorduna sahib olmuşdur.

Avro 2012

2011-ci ilin fevralın 8-də Danimarka millisinə qarşı keçiriləcək yoldaşlıq matçında Stiven Cerrard və Rio Ferdinandın zədə səbəbiylə oynaya bilməyəcəyindən Lempardın kapitanlıq sarğısını daşıyacağı bəyan edildi. Avro 2012 təsnifat mərhələsində Lempard 2 qola imza atdı. Bunların birincisi Uels millisinə qarşı ikincisi isə İsveçrə milli futbol komandasına qarşı keçirilən matçda qeydə alınmışdır. Hər iki qolu o penalti zərbəsindən vurmuşdur. Bu oyunlardan sonra o İngiltərə yığmasında penalti zərbələrindən ən çox qol vurmuş oyunçu adını qazanmışdır. 2011-ci ilin noyabrında Lempard İspaniya millisinə qarşı keçirilmiş növbəti yoldaşlıq matçındada kapitanlıq saröısını daşıyırdı və oyunun yekununda məhz onun vurduöu qol ilə İngiltərə 1-0 hesablı qələbə qazandı.

2012-ci ilin avqust ayında baş məşqçi Roy Hocson İngiltərənin İtaliya millisinə qarşı keçirəcəyi növbəti yoldaşlıq matçında Lempardın kapitanlıq sarğısını daşıyacağını bəyan etdi və bu görüş ingilislərin 2-1 hesablı qələbəsi ilə başa çatdı.

2014 FİFA Dünya Kuboku təsnifat mərhələsi

Lempard təsnifat mərhələsinin ilk oyununda Moldova millisinə qarşı keçirdiyi matçda milli komandada özünün 24-cü və 25-ci qollarını vurdu və yekunda İngiltərə millisi 5-0 hesablı qələbəyə sevindi. Onun ilk qolu İngiltərənin 100-cü penalti qolu idi.

Lempard 26-cı beynəlxalq qoluna Ukrayna komandasına keçirilən matçda vurdu və beləliklə qolların sayını Brayn Robson ilə bərabərləşdirdi.

Martın 22-də o San-Marinoya qarşı görüşdə 28-ci qoluna imza ataraq Devid Platı keçdi və İngiltərə millisinin ən məhsuldar yarımmüdafiəçisi adını qazandı.

2014 FİFA Dünya Kuboku

2014-cü ilin mayın 12-də Lempard dünya çempionatına aparılacaq 23 nəfərlik heyətə daxil edildi və 1 həftə sonra vitse-kapitan olacağı elan edildi. İyunun 24-də Kosta Rika millisinə qarşı oynanılan qrupun son matçında o kapitanlıq sarğısını daşıyırdı və görüş 0-0 habı ilə başa çatdı.

Millidən gediş

2014-cu ilin avqustun 26-da Lempard milli karyerasını başa vurduğunu açıqladı. Beləliklə o 106 matçda millinin formasını geyindi və 29 dəfə fərqlənə bildi.