Ziya Rəcəbov: Redaktələr arasındakı fərq
Sətir 46: | Sətir 46: | ||
== Statusları == |
== Statusları == |
||
Ziya Rəcəbov 2000-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən idman ustasına namizəd, 2016-cı ildə CEV tərəfindən ikinci dərəcəli məşqçi adına layiq görülüb. |
Ziya Rəcəbov 2000-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən idman ustasına namizəd, 2016-cı ildə isə CEV tərəfindən ikinci dərəcəli məşqçi adına layiq görülüb. |
||
== Uğurları == |
== Uğurları == |
08:23, 6 yanvar 2018 tarixindəki versiya
Ziya Rəcəbov | |
---|---|
Fayl:Ziya Racabov.jpg | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1982 (41 yaş) |
Voleybolçu məlumatları | |
Boyu | 182 sm |
Zərbəsi | 290 sm. |
Bloku | 290 sm. |
Mövqeyi | Oyun hücumçusu |
Ziya Rəcəbov (d. 14 avqust 1982) — Azərbaycanlı voleybolçu və məşqçi. Məşqçi kimi - 2-ci dərəcəli beynəlxalq məşqçi, voleybolçu kimi - idman ustasına namizəddir.
Həyatı
Rəcəbov Ziya Gündüz oğlu 14 avqust 1982-ci ildə Ağsu rayonunda anadan olub. 1989-cu ildə Ağsu şəhərində 1 saylı orta məktəbə gedib. 7-ci sinifə kimi bu məktəbdə oxuyub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb və təhsilini Bakının Mikayıl Müşviq adına 183 saylı orta məktəbində davam etdirib. 2000-2005-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman Oyunları bölməsində təhsil alıb. 2005-2008-ci illərdə hərbi xidmətdə olub. 2008-ci ildə ailə həyatı qurub. İki qızı var.
Voleybolla məktəbdə oxuyarkən, 7-ci sinifdə məşğul olmağa başlayıb. Buna qədər sambo ilə məşğul olub. Bu idman növü üzrə keçirilən müxtəlif turnirlərdə iştirak edərək, respublika çempionu adını da qazanıb. 10-cu sinifdən, tanınmış məşqçi İqor Kutukovun rəhbərliyi altında voleybolla daha ciddi məşğul olub.
Karyerası
Klub karyerası
Professional voleybolçu karyerasına 2000-ci ildə, birinci liqada çıxış edən "Şimşək" komandasında başlayıb. 2003-2004-cü illərdə yüksək liqada çıxış edən "Loğman" klubunun şərəfini qoruyub. 2004-cü ildə "Metropoliten" klubuna keçib. Əsgərliyini bitirdikdən sonra, 2008-ci ildə "Neftçi" klubunda çıxış etməyə başlayıb. Voleybolçu karyerasını da 2014-cü ildə bu klubda bitirib.
Məşqçi karyerası
Məşqçilik karyerasına 2010-cu ildə qadınlardan ibarət "Şirvan" voleybol klubunda başlayıb. Bir il bu klubda 2-ci məşqçi vəzifəsində fəaliyyət göstərib.
2011-2015-ci illərdə "Rabitə" qadın voleybol klubunda köməkçi məşqçi, eyni müddət ərzində bu klubun əvəzediciləri sayılan "Telekom" komandasında da eyni vəzifədə çalışıb.
2015-ci ildə kişilərdən ibarət Azərbaycan Milli komandasında köməkçi məşqçi olub.
2015-2016-cı illərdə qadınlardan ibarət "Azəryol" komandasında ilk öncə ikinci məşqçi, daha sonra isə baş məşqçi vəzifələrində çalışıb. Eyni zamanda kişilərdən ibarət Milli yığma komandanın da köməkçi məşqçisi vəzifəsini icra edib.
2017-ci ildə, 4 ay ərzində "Neftçi" kişi voleybol klubunun baş məşqçisi olub.
Statusları
Ziya Rəcəbov 2000-ci ildə Azərbaycan Voleybol Federasiyası tərəfindən idman ustasına namizəd, 2016-cı ildə isə CEV tərəfindən ikinci dərəcəli məşqçi adına layiq görülüb.
Uğurları
İstinadlar