Əflatun Saraçlı: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Yeni səhifə: '''Əflatun Saraçlı (Əflatun Yunis oğlu Məmmədov) – şair, tərcüməçi, ədəbiyyatşünas.''' Əflatun Saraçlı 1936-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonun Sa…
 
Redaktənin izahı yoxdur
Sətir 8: Sətir 8:
Onun uzun illərdir ki, Əflatun Saraçlı imzası ilə çap olunan bir çox şeirləri artıq dillər əzbəridir. " Borçalı Harayı" adlı ("Elm", 1994) şeirlər toplusu çap olunmuşdur. Gürcü yazıçılarından M.Cavaxaşvilinin, N. Dumbadzenin, S. Orbelianinin əsərlərindən azərbaycan türkcəsinə çevirib çap etdirdiyi kitablar isə onu həm də gürcü ədəbiyyatının istedadlı tərcüməçilərindən biri kimi tanıtmışdır. Haqqında Ş. Vəliyevin "Əflatun Saraçlı" (Bakı, "Elm", 1996) adlı kitabı nəşr olunmuşdur.

Gürcüstan–Azərbaycan ədəbi əlaqələrinin inkişafında xidmətlərinə görə Gürcüstan Respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur. 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Gürcüstan–Azərbaycan ədəbi əlaqələrinin inkişafında xidmətlərinə görə Gürcüstan Respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur. 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.
{{şəxs-qaralama}}
{{ədəbiyyat-qaralama}}

12:56, 25 mart 2009 tarixindəki versiya

Əflatun Saraçlı (Əflatun Yunis oğlu Məmmədov) – şair, tərcüməçi, ədəbiyyatşünas. Əflatun Saraçlı 1936-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944-1952 ci illərdə kənd səkkizillik məktəbində, 1952-1956 cı illərdə Borçalı (Marneuli) Pedoqoji Məktəbində təhsil almışdır. 1956-cı ildə Tbilisi Dövlət Pedoqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir. 1961-ci ildə Bakıya gələn Əflatun müəllim Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə “"Dəbistan", " Rəhbər" və "Məktəb" jurnallarında "ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi-alimlik dərəcəsi almışdır. 1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə.Məmmədov 1983-cü ildə "XIX-XX əsrlərdə Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə şöbə müdiri vəzifəsində çalışmışdır. Əlatun müəllim Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən hesab olunur. Onun yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" (Bakı, "Elm", 1983), Abdulla Şaiq (Bakı, "Gənclik", 1983), "Zeynalabdin Marağalı" (Bakı, "Gənclik", 1996) və s. kitabları ona böyük şöhrət qazandırmışdır. Filologiya elmləri doktoru, professor, Azərbaycan Yazarlar Birliyinin üzvü Əflatun Məmmədov həm də tanınmış şairlərimizdəndir. Onun uzun illərdir ki, Əflatun Saraçlı imzası ilə çap olunan bir çox şeirləri artıq dillər əzbəridir. " Borçalı Harayı" adlı ("Elm", 1994) şeirlər toplusu çap olunmuşdur. Gürcü yazıçılarından M.Cavaxaşvilinin, N. Dumbadzenin, S. Orbelianinin əsərlərindən azərbaycan türkcəsinə çevirib çap etdirdiyi kitablar isə onu həm də gürcü ədəbiyyatının istedadlı tərcüməçilərindən biri kimi tanıtmışdır. Haqqında Ş. Vəliyevin "Əflatun Saraçlı" (Bakı, "Elm", 1996) adlı kitabı nəşr olunmuşdur. Gürcüstan–Azərbaycan ədəbi əlaqələrinin inkişafında xidmətlərinə görə Gürcüstan Respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur. 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir.