Əflatun Saraçlı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 20: Sətir 20:

Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944-1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952-1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır.

1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir.

1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə.Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır.

Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır.

Azərbaycan Yazarlar Birliyinin üzvü professor Əflatun Saraçlı həm də şair kimi tanınmışdır. O, ədəbi yaradıcılığa ötən əsrin 50-ci illərində başlamışdır. Bir çox şeirləri dillər əzbəri olan şairin ilk şeri 1956-cı ildə “Stalin yolu” adlı rayon qəzetində işıq üzü görmüşdür. Onun "Borçalı Harayı" adlı şeirlər toplusu çap olunmuşdur.

Əflatun Saraçlı tərcüməçi kimi də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan-gürcü ədəbi əlaqələri, xüsusilə gürcü ədəbiyyatının orijinaldan tərcüməsi sahəsində çox mühüm işlər görmüşdür. M.Cavaxişvilinin “Günahsız Abdulla”, “Ləmbəli” əsərlərini, S.S.Orbelianinin “Uydurmanın hikməti” əsərini, “Bir sinədə iki ürək” (gürcü şairlərinin Azərbaycan mövzusunda şeirləri), gürcü poeziyasından ibarət “Kür Araza qovuşur” kitablarını Azərbaycan oxucusuna təqdim etmişdir.

Onun haqqında "Əflatun Saraçlı" adlı kitab (müəllifi professor Ş. Vəliyevdir) nəşr olunmuşdur.

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur.

18:15, 16 aprel 2009 tarixindəki versiya

ƏFLATUN SARAÇLI
Fayl:Əflatun Saraçlı1.jpg
Doğum tarixi 5 dekabr 1936(1936-12-05)
Vəfat tarixi 22 yanvar 2008(2008-01-22) (71 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair

|}

Məmmədov Əflatun Yunis oğlu (Əflatun Saraçlı) – şair, tərcüməçi, ədəbiyyatşünas.

Həyatı

Əflatun Saraçlı 1936-cı il dekabr ayının 5-də Gürcüstan Respublikası Bolnisi rayonun Saraçlı kəndində anadan olmuşdur. 1944-1952-ci illərdə kənd səkkizillik məktəbində, 1952-1956-cı illərdə isə Borçalı (Marneuli) Pedaqoji Məktəbində təhsil almışdır.

1956-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olmuş, 1961-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək həmin institutun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında laborant və müəllim vəzifələrində işləmişdir.

1961-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutuna kiçik elmi işçi vəzifəsinə qəbul olunmuş, 1967-ci ildə "Azərbaycan uşaq mətbuatında ədəbiyyat məsələləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1969-cu ildən baş elmi işçi vəzifəsində işləyən Ə.Məmmədov 1984-cü ildə "XIX əsrin sonu–XX əsrin əvvəllərində Azərbaycan bədii nəsrinin inkişaf problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. 1984-cü ildən həmin institutun aparıcı elmi işçisi, sonra isə ömrünün sonuna kimi şöbə müdiri vəzifəsində çalışmışdır.

Azərbaycanın tanınmış ədəbiyyatşünas alimlərindən olan Əflatun Saraçlının yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. "Azərbaycan bədii nəsri" , "Abdulla Şaiq", "Zeynalabdin Marağalı" və s. monoqrafiyaları ona böyük şöhrət qazandırmışdır. Azərbaycan Yazarlar Birliyinin üzvü professor Əflatun Saraçlı həm də şair kimi tanınmışdır. O, ədəbi yaradıcılığa ötən əsrin 50-ci illərində başlamışdır. Bir çox şeirləri dillər əzbəri olan şairin ilk şeri 1956-cı ildə “Stalin yolu” adlı rayon qəzetində işıq üzü görmüşdür. Onun "Borçalı Harayı" adlı şeirlər toplusu çap olunmuşdur.

Əflatun Saraçlı tərcüməçi kimi də səmərəli fəaliyyət göstərmiş, Azərbaycan-gürcü ədəbi əlaqələri, xüsusilə gürcü ədəbiyyatının orijinaldan tərcüməsi sahəsində çox mühüm işlər görmüşdür. M.Cavaxişvilinin “Günahsız Abdulla”, “Ləmbəli” əsərlərini, S.S.Orbelianinin “Uydurmanın hikməti” əsərini, “Bir sinədə iki ürək” (gürcü şairlərinin Azərbaycan mövzusunda şeirləri), gürcü poeziyasından ibarət “Kür Araza qovuşur” kitablarını Azərbaycan oxucusuna təqdim etmişdir. Onun haqqında "Əflatun Saraçlı" adlı kitab (müəllifi professor Ş. Vəliyevdir) nəşr olunmuşdur.

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələri sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikasının “Şərəf ordeni” ilə təltif olunmuşdur.

2008-ci il yanvarın 22-də Bakı şəhərində vəfat etmişdir.

Mənbə