Asəf Cəfərov: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
vikiləşdirmə, tərtibat, vizual dəyişikliklər, təkmilləşdirmə, yeniləmə, şablon
Redaktənin izahı yoxdur
Sətir 1: Sətir 1:
{{Rəssam
{{Rəssam
|Şəkil =
|Şəkil = Asəf Cəfərov.jpg
|Şəkil məlumat=
|Şəkil məlumat=
|Şəkil miqyası =
|Şəkil miqyası =
|Adı = Asəf Cəfərov
|Adı = Asəf Cəfərov
|Orijinal adı = Asəf Əli İskəndər oğlu Cəfərov
|Orijinal adı = Asəf Əli İskəndər oğlu Cəfərov
|Fəxri ad = {{Azərbaycan Respublikasının xalq rəssamı}}
|Fəxri ad = {{Azərbaycan SSR xalq rəssamı}}
|Digər adları =
|Digər adları =
|Doğum tarixi = {{doğum tarixi|1927||}}
|Doğum tarixi = {{doğum tarixi|1927|7|27}}
|Doğum yeri = [[Bakı]], [[Zaqafqaziya SFSR]], [[SSRİ]]
|Doğum yeri = [[Bakı]], [[Zaqafqaziya SFSR]], [[SSRİ]]
|Vəfatı = {{vəfat tarixi|2000||}}
|Vəfatı = {{vəfat tarixi və yaşı|2000|4|3|1927|7|27}}
|Vəfat yeri =
|Vəfat yeri = [[Bakı]], [[Azərbaycan]]
|Vəfat səbəbi =
|Vəfat səbəbi =
|Sayt =
|Sayt =
}}
}}


'''Asəf Cəfərov''' ([[1927]] [[2000]]) — Azərbaycanın xalq rəssamı.
'''Asəf (Ağasəf) Cəfərov''' ([[27 iyul]] [[1927]] – [[3 aprel]] [[2000]]) — Azərbaycan SSR xalq rəssamı (1989).


==Haqqında==
==Haqqında==
Sətir 35: Sətir 35:


[[Kateqoriya:Azərbaycan rəssamları]]
[[Kateqoriya:Azərbaycan rəssamları]]
[[Kateqoriya:Azərbaycanlı rəssamlar]]

08:15, 6 iyul 2018 tarixindəki versiya

Asəf Cəfərov
Asəf Əli İskəndər oğlu Cəfərov
Doğum tarixi
27 iyul 1927(1927-07-27)
Doğum yeri Bakı, Zaqafqaziya SFSR, SSRİ
Vəfat tarixi 3 aprel 2000(2000-04-03) (72 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
Janr portret
Mükafatları Azərbaycan SSR xalq rəssamı Azərbaycan SSR əməkdar incəsənət xadimi

Asəf (Ağasəf) Cəfərov (27 iyul 19273 aprel 2000) — Azərbaycan SSR xalq rəssamı (1989).

Haqqında

Asəf Əli İskəndər oğlu Cəfərov 1927-ci ildə Bakıda, İçərişəhərdə anadan olmuşdur. 1945-1950-ci illərdə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində ilk rəssamlıq təhsilini almış, 1951-1957-ci illərdə B.İ Surikov adına Rəssamlıq İnstitutunda ali təhsilini davam etdirmişdir. 1957-ci ildə İnstitut tərəfindən Hindistan va Pakistana yaradıcılıq ezamiyyətinə göndərilmişdir.[1] “Bilərzik seçimi” (1957) həmin dövrün seçilən işilərindəndir.

A.Cəfərov tematik tablo, portret, mənzərə və natürmort janrlarında özünə məxsuz kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaratmışdır. Rəssamın yaradcılığında milli çalarlar, folklora müraciət və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. Rəssam bədii estetik təsir yükünə malik süjetli əsərlər yaratmışdır. Buna misal olaraq “Tarlada”, “Dəniz kənarında”, “Görüş”, “Mənim Azərbaycanım”, “Musiqiçilər” və başqalarını qeyd etmək olar. Asəf Cəfərov həm də bir çox portretlərin muəllifidir. Buna misal olaraq onun “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə”, “Arif Məlikov”, “Cəfər Cabbarlı”, “Vəcihə Səmədova”, “Rəşid Behbudov” və s. portretlərini göstərmək olar. Rəssam bölgələrə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb.”Bakıda qar”, ”Qaş-Qaş”, ”Xəzər dənizi” adlı mənzərələri fırça ustasının belə əsərlərindəndi. O, həmçinin Abşeron mənzərələri silsiləsi üzərində işləmişdir: “Abşeron”, “Daş hasarlar”, “Maştağa kəndi”, “Abşeronun qızıl qumları”, “Bakıda qış”, “İsti gün”, “Qış”, “Əncir kolu”, “Bahar”, “ Axşam motivi” və s. A.Cəfərov tarixi janra da müraciət etmişdir. Bu sıradan “Nəsimi azad düşüncəlilərin məclisində”, “Oyanış” əsərlərinin adını qeyd etmək olar.[2][3]

Asəf Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştrakçısı olmuşdur, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”-də (1980) “Qran Pri” mükafatını qazanmışdır.[4]

Rəssam Asəf Cəfərov 2000-ci ildə vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Xalq rəssamı Asəf Cəfərovun 80 illik yubileyinə həsr olunmuş sərgi keçirilib