Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 17: Sətir 17:
'''Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası''' — [[1918-ci il]]in axırlarında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı Kooperasiyasının mədəni-maarif şöbəsi Azərbaycan xalqı üçün xeyirxah bir iş görməyi – kütləvi kitabxana açmağı qərara alır. Bu, istehlak cəmiyyətinin gördüyü işlərin ən yaxşısı idi. Lakin azərbaycanlılara məxsus kitabxana açmaq çox da asan iş deyildir. Çünki o vaxtadək Azərbaycanda mükəmməl bir nəşriyyat olmadığlından kitabxana üçün, ələlxüsus kütləvi kitabxana üçün Azərbaycan dilində ədəbiyyat tapmaq mümkün deyildi. O zaman müəllimlərin və ziyalıların əlində müxtəlif vasitələrlə toplanmış bəzi kitablar var idi. Bunlar isə onların özlərinə məxsus kitabxanalarda saxlanılırdı. Bir çox çətinliklərdən sonra bəzilərinə kitabın dəyərindən artıq pul verməklə, bəziləri isə özləri pay verərək xeyli kitab əldə etmək mümkün oldu. Beləliklə Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanda birinci kütləvi kitabxananı açdı. İlk illərdə kitabxanada bir neçə yüz kitab və çox az miqdarda oxucu var idi. Kitabxanada olan kitablar ərəb və fars dillərində Orucov qardaşları tərəfindən nəşr olunan islam tarixinə və köhnə mövzulara həsr olunmuş kitablardan ibarət idi.

1200 cilddən ibarət olan kitabxananı xalq kütləsinə tanıtmaq üçün Azərbaycanın böyük demokrat xalq şairi Sabirin ölümünün 10 illiyi ilə bağlı Mirzə Ələkbər Sabirin adı qoyuldu. Beləliklə kitabxananın rəsmi açılışı sənədlərdə 1919-cu ilin mart ayı kimi göstərildi. İlk əvvəl kitabxana keçmiş Merkuri küçəsində 19 nomrəli binanın birinci mərtəbəsində yerləşdirildi. Kitabxananın bir kitab saxlayıcısı, bir də balaca qiraətxanası var idi.

1920-ci ilin ilk günlərində isə kitabxana keçmiş Əzizbəyov küçəsində (indiki İslam Səfərli) yerləşən 13 nömrəli binanın ikinci mərtəbəsində yerləşdirildi. O gündən kitabxana bu binada fəaliyyət göstərirdi. Kitabxana yeni binaya köçdüyü zaman onun kitab fondu türk, ərəb və fars, az miqdarda Azərbaycan ədəbiyyatından ibarət idi.

Kitabxana Azərbaycan, rus və s. xalqların elmi, kütləvi-siyasi və bədii əsərləri ilə təmin edilərək həqiqi-kütləvi kitabxana halını aldı. Kitabxana öz fondunu ən yaxşı kitablarla genişləndirməyə və təkmilləşdirməyə başladı.

Böyük Vətən müharibəsi illərində M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 25 illik yubileyi yaxınlaşırdı. Azərb. KP. MK-nin və Respublika Xalq Komissarları şurası yubileyin keçirilməsinə böyük əhəmiyyət verir və qayğı göstərirdilər.Bu məsələ haqqında Bakı Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin nəzərinə çatdırıldı. Azərb. KP MK və Bakı Şəhər Partiya Komitəsi M.Ə,Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 25 illik yubileyini keçirmək haqqında qərar qəbul etdilər.

1944-cü ilin axırlarında Azərbaycan Siyasi-Elmi Bilikləri yayan cəmiyyətin binasında ( Bilik cəmiyyəti) təntənəli yubiley iclası keçirildi. Yubiley iclasının rəyasət heyətində Azərbaycan operasının banisi Ü.Hacıbəyov, SSRİ xalq artisti Büblül Məmmədov, görkəmli yazıçılardan M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, Sabirin oğlu Məmməd Səlim Tahirli, M.Rzaquluzadə v b. oturmusdular.

15:36, 27 oktyabr 2020 tarixindəki versiya

Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası
Fayl:20150420 131237.jpg
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Yaradılıb 1919
Ünvan Bakı, Yasamal rayonu, İslam Səfərli (keç. Əzizbəyov) küçəsi 13, AZ1005
Telefon (+994 12) 494-75-50
Fondu
Fondun həcmi 156000
Sayt cls.az/front/2456/az

Mirzə Ələkbər Sabir adına Mərkəzi Şəhər Kitabxanası1918-ci ilin axırlarında Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı Kooperasiyasının mədəni-maarif şöbəsi Azərbaycan xalqı üçün xeyirxah bir iş görməyi – kütləvi kitabxana açmağı qərara alır. Bu, istehlak cəmiyyətinin gördüyü işlərin ən yaxşısı idi. Lakin azərbaycanlılara məxsus kitabxana açmaq çox da asan iş deyildir. Çünki o vaxtadək Azərbaycanda mükəmməl bir nəşriyyat olmadığlından kitabxana üçün, ələlxüsus kütləvi kitabxana üçün Azərbaycan dilində ədəbiyyat tapmaq mümkün deyildi. O zaman müəllimlərin və ziyalıların əlində müxtəlif vasitələrlə toplanmış bəzi kitablar var idi. Bunlar isə onların özlərinə məxsus kitabxanalarda saxlanılırdı. Bir çox çətinliklərdən sonra bəzilərinə kitabın dəyərindən artıq pul verməklə, bəziləri isə özləri pay verərək xeyli kitab əldə etmək mümkün oldu. Beləliklə Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanda birinci kütləvi kitabxananı açdı. İlk illərdə kitabxanada bir neçə yüz kitab və çox az miqdarda oxucu var idi. Kitabxanada olan kitablar ərəb və fars dillərində Orucov qardaşları tərəfindən nəşr olunan islam tarixinə və köhnə mövzulara həsr olunmuş kitablardan ibarət idi.

1200 cilddən ibarət olan kitabxananı xalq kütləsinə tanıtmaq üçün Azərbaycanın böyük demokrat xalq şairi Sabirin ölümünün 10 illiyi ilə bağlı Mirzə Ələkbər Sabirin adı qoyuldu. Beləliklə kitabxananın rəsmi açılışı sənədlərdə 1919-cu ilin mart ayı kimi göstərildi. İlk əvvəl kitabxana keçmiş Merkuri küçəsində 19 nomrəli binanın birinci mərtəbəsində yerləşdirildi. Kitabxananın bir kitab saxlayıcısı, bir də balaca qiraətxanası var idi. 1920-ci ilin ilk günlərində isə kitabxana keçmiş Əzizbəyov küçəsində (indiki İslam Səfərli) yerləşən 13 nömrəli binanın ikinci mərtəbəsində yerləşdirildi. O gündən kitabxana bu binada fəaliyyət göstərirdi. Kitabxana yeni binaya köçdüyü zaman onun kitab fondu türk, ərəb və fars, az miqdarda Azərbaycan ədəbiyyatından ibarət idi. Kitabxana Azərbaycan, rus və s. xalqların elmi, kütləvi-siyasi və bədii əsərləri ilə təmin edilərək həqiqi-kütləvi kitabxana halını aldı. Kitabxana öz fondunu ən yaxşı kitablarla genişləndirməyə və təkmilləşdirməyə başladı.

 Böyük Vətən müharibəsi illərində M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 25 illik yubileyi yaxınlaşırdı. Azərb. KP. MK-nin və Respublika Xalq Komissarları şurası yubileyin keçirilməsinə böyük əhəmiyyət verir və qayğı göstərirdilər.Bu məsələ haqqında Bakı Zəhmətkeş Deputatları İcraiyyə Komitəsinin nəzərinə çatdırıldı. Azərb. KP MK və Bakı Şəhər Partiya Komitəsi M.Ə,Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 25 illik yubileyini keçirmək haqqında qərar qəbul etdilər. 

1944-cü ilin axırlarında Azərbaycan Siyasi-Elmi Bilikləri yayan cəmiyyətin binasında ( Bilik cəmiyyəti) təntənəli yubiley iclası keçirildi. Yubiley iclasının rəyasət heyətində Azərbaycan operasının banisi Ü.Hacıbəyov, SSRİ xalq artisti Büblül Məmmədov, görkəmli yazıçılardan M.İbrahimov, M.Hüseyn, S.Rəhimov, Sabirin oğlu Məmməd Səlim Tahirli, M.Rzaquluzadə v b. oturmusdular.

Bu mədəniyyət ocağının yaranmasında N.Nərimanov, D.Bünyadzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, M.S.Ordubadi və başqa dövlət xadimlərinin böyük qayğısı və nəcib təşəbbüsü böyük rol oynamışdır. Elə çətin şəraitdə bu insanpərvər adamlar vaxt tapıb mədəniyyət ocaqlarını xalqın istifadəsinə verilməsinə çalışmış və məqsədlərinə nail olmuşlar. 1920-ci ildən başlayaraq Sabir kitabxanası öz işlərini genişləndirmək üçün imkan əldə edir. 10 il sonra 1929-cu ildə kitabxana fondu 12300 nüsxə, oxuculsrın sayı isə 4000 nəfər olur. Oxucuların kitabxanaya cəlb etmək və yaxşı kitabları kütlə içərisində yaymaq üçün kitabxana ədəbi müsamirələr, mübahisələr, ədəbi mühakimələr təşkil edir. Nəticədə yüzlərlə yeni oxucu kitabxanaya gəlirdilər. Kitabxana Azərbaycan qadınlarını da kitabxanaya cəlb etmək məqsədilə 1922-ci ildə “Oxucu qadınlar” dərnəyi də təşkil etmişdir.1929-cu ildə İçəri Şəhərdə yaşayan azərbaycan qadınlarının savadsızlığını ləğv etmək və az savadlıların savadını artırmaq üçün fəal qadın oxucuların yardımı ilə 27 evdə savad məktəbi təşkil etmiş və yüzdən artıq qadının savadlandırmışlar.

Fayl:1960-CI İL DEKABRIN 25-DƏ ŞAİRƏ MƏDİNƏ GÜLGÜN ÖZ ƏSƏRİ İLƏ ÇIXIŞ EDİR..jpg

M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının müvəffəqiyyəti, onun hesabatının düzgün qurulması ilə sıx bağlı idi. Kitabxana Azərbaycan, rus dillərində elmi, kütləvi-siyasi və bədii əsərlər ilə təmin edilərək həqiqi-kütləvi kitabxana halını aldı. Kitabxana öz fondunu ən yaxşı kitablarla genişləndirməyə və təkmilləşdirməyə başladı. Kitabxanada Azərbaycan və rus abonomenti,oxu zalı, kitabişləmə, səyyar və biblioqrafiya şöbələri fəaliyyət göstəriridi.

M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanası gündəlik hər bir məsələni həll etməyə, kitabları kütlə içərisində yaymağa çalışmışdır. Kitabları daha dərindən öyrənmək üçün kitabxanada ədəbi dərnək təşkil olunmuşdur. Bu dərnəkdə kitabxananın fəal oxucuları sırasında Ə.Haqverdiyev, C.Cabbarlı, A.Şaiq, M.S.Ordubadi kimi görkəmli sənətkarlar ədəbi gəncliyə rəhbərlik etmişlər. (Sonralar isə bu dərnəyə Musa Ələkbərli, Qəşəm Nəcəfzadə də rəhbərlik etmişlər).

Azərbaycanda kitabxanalar arasında ilk bibloqrafiya şöbəsi də 1941-ci ildə bu kitabxanada yaradılmışdır.

M.Ə.Sabir adına Mərkəzi şəhər kitabxanası 1971-ci ildə mədəniyyət işində ən yaxşı göstəricilərə görə SSRİ Mədəniyyət Nazirliyinin qərarına əsasən fəxri fərmanla, 1972-ci ildə Azərbaycanda kəndlərə hamilik köməyində fərqlənmiş mədəni maarif Ümumittifaq baxışında vımpel və pul mükafatı ilə təltif edilmişdir.

Kitabxana yarandığı gündən oxucularına xidmət etməklə yanaşı, bir çox tədbirlər, ədəbi müsamirələrər, sərgilər ilə də yadda qalmışdır. Ş.Ələkbərova, S.Qədimova, Ə.Əliyev kimi korifey sənətkarların kitabxanada oxucularla görüşləri və ifaları, Azərbaycanın xalq şair və yazıçıları ilə keçirlən ədəbi görüşlər bu günədək köhnə oxucuları tərəfindən xatırlanmaqadır. Qeyd etmək istərdik ki, kitabxana bu gün də ğz ənənəsini qoruyaraq davam etdirir. “Məşhurlarla görüş” layihəsi əsasında tanınmış ziyalı və yazarlarla görüşləri təşkil edir. M.Ə.Sabir adına Mərkəzi şəhər kitabxanası 2014-cü ildə “İlin ən yaxşı kitabxanası” adını almışdır. Azərbaycanın tarixi keçmişini, ədəbiyyatını qoruyub özündə saxlayan, neçə-neçə alim və ziyalılar yetişdirən, böyük bir tarixi olan M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasının 2019-cu ildə 100 yaşı tamam olub.

İstinadlar

M.Ə.Sabır adına Mərkəzi Şəhər Kitabxanası http://cls.az/front/2456/az/more/text/34870
Səlimova, Firuzə. "M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasının dünəni və bu günü"
https://www.youtube.com/watch?v=4cdcNV1kFKQ

http://www.anl.az/down/meqale/medeniyyet/2014/aprel/360514.htm