Adi ağ balıq: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Rescuing 0 sources and tagging 1 as dead.) #IABot (v2.0.8
k Şəkil→Fayl, File→Fayl using AWB
Sətir 29: Sətir 29:
==Yaşayış yeri və həyat tərzi==
==Yaşayış yeri və həyat tərzi==
Kür bölgəsi keçici balıqdır. Yırtıcı balıqdır. [[Xullar]] balıqları, [[Kilkə]], [[Siyənək]], [[Aterinalar]] və [[Sıflar]] ilə həmçinin xırda balıqlar, balıq körpələri və dib onurğasızları ilə qidalanır. Uzunluğu 5 m-ə, kütləsi 1500 kq-a qədər çatır. 60-100 il yaşayır. Təkcə Xəzər hövzəsində deyil, həm də bütün şirin su onurğalıları arasında ən böyük balıqdır. Kütləsi 1 tona, uzunluğu 4,2 m-ə qədər olur. 1,5 hətta 2 tona qədər, 9 m uzunluğunda fərdlərin tutulması halları məlumdur. Bölgənin orta kütləsi 70-80 kq-dır.
Kür bölgəsi keçici balıqdır. Yırtıcı balıqdır. [[Xullar]] balıqları, [[Kilkə]], [[Siyənək]], [[Aterinalar]] və [[Sıflar]] ilə həmçinin xırda balıqlar, balıq körpələri və dib onurğasızları ilə qidalanır. Uzunluğu 5 m-ə, kütləsi 1500 kq-a qədər çatır. 60-100 il yaşayır. Təkcə Xəzər hövzəsində deyil, həm də bütün şirin su onurğalıları arasında ən böyük balıqdır. Kütləsi 1 tona, uzunluğu 4,2 m-ə qədər olur. 1,5 hətta 2 tona qədər, 9 m uzunluğunda fərdlərin tutulması halları məlumdur. Bölgənin orta kütləsi 70-80 kq-dır.
[[Şəkil:Acipenser fulvescens.jpg|thumb|300px|Ağ balıq]][[Xəzər dənizi]] balıqlarındandır.
[[Fayl:Acipenser fulvescens.jpg|thumb|300px|Ağ balıq]][[Xəzər dənizi]] balıqlarındandır.


== Çoxalması ==
== Çoxalması ==
Sətir 58: Sətir 58:
== İstinadlar ==
== İstinadlar ==
{{İstinad siyahısı}}
{{İstinad siyahısı}}

{{Taksonbar}}


[[Kateqoriya:Nərəkimilər]]
[[Kateqoriya:Nərəkimilər]]
[[Kateqoriya:Xəzər dənizi]]
[[Kateqoriya:Xəzər dənizi]]
{{Taksonbar}}
[[Kateqoriya:Balıq dəstələri]]
[[Kateqoriya:Balıq dəstələri]]

12:14, 8 avqust 2021 tarixindəki versiya

Adi ağ balıq
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Adi ağ balıq
Beynəlxalq elmi adı

Ağ balıq, Bölgə, Beluqa (lat. Huso huso) — Nərəyəbənzərlər dəstəsinin Nərəkimilər fəsiləsindən balıq növü.

Morfoloji əlamətləri

Ağzı aypara formasındadır, çox böyük olub, başın bütün alt tərəfini tutur. Qəlsəmə pərdələri bütöv qırış əmələ gətirir. Bığcıqlarında yarpaqşəkilli çıxıntılar var. Bel lövhəciklərinin sayı 9-17, yan - 37-53, qarın - 7-14-dür. Xəzər dənizinin hər yerində, 70–100 m-ə qədər dərinliklərdə yayılmışdır.

Yayılması

Nərəkimilərə aid olan Ağ balıq hazırda yaşayan balıqların ən qədimidir. Keçmişdə bəzi fərdləri 120 ilə qədər yaşayırdılar. Adətən, yalqız olur, sürü halında yığışmır. Adi bölgə Aralıq, Xəzər, Qara və Azov dənizləri hövzələrində yayılıb. Xəzərdə növ 2 popoulyasiya ilə təmsil olunmuşdur - Volqa və Kür.

Yaşayış yeri və həyat tərzi

Kür bölgəsi keçici balıqdır. Yırtıcı balıqdır. Xullar balıqları, Kilkə, Siyənək, AterinalarSıflar ilə həmçinin xırda balıqlar, balıq körpələri və dib onurğasızları ilə qidalanır. Uzunluğu 5 m-ə, kütləsi 1500 kq-a qədər çatır. 60-100 il yaşayır. Təkcə Xəzər hövzəsində deyil, həm də bütün şirin su onurğalıları arasında ən böyük balıqdır. Kütləsi 1 tona, uzunluğu 4,2 m-ə qədər olur. 1,5 hətta 2 tona qədər, 9 m uzunluğunda fərdlərin tutulması halları məlumdur. Bölgənin orta kütləsi 70-80 kq-dır.

Ağ balıq

Xəzər dənizi balıqlarındandır.

Çoxalması

Gecyetişən növdür: dişilər 16-27, başlıca olaraq 20-25 yaşında, erkəklər isə 13-21 yaşnda cinsi yetkinliyə çatır. Hazırda cinsi yetkinlik bir qədər tez-erkəklər üçün 10, dişilərdə isə 14 yaşında baş verir. Dişilər erkəklərə nisbətən bir qədər sürətlə böyüyürlər. Kürdən tutulmuş 18 yaşlı fərdlərin uzunluğu 184 sm-ə çatmışdır. Mart-apreldə və oktyabr-noyabrda iki zirvə ilə bütün il boyu Kürə keçirlər. Payızda kürünün yetişmə dərəcəsi az olduğundan balıqlar çayda qışlayırlar, mart-apreldə yetkinlik ən yüksək həddə çatır (Derjavin, 1956). Kürütökmə martın sonunda - suyun temperaturu 10-120 C olarkən başlanır. Kürülər yapışqanlı olub, 5–11 m dərinliyə tökülür.

Təsərrüfat əhəmiyyəti

Bölgə - yağlı balıqlar kateqoriyasına aid edilən vətəgə balığıdır: onun bədənində 11,3-14,9%, kürüsündə isə 14% yağ vardır. Ayrı-ayrı illərdə Azərbaycanda bölgə tutulması 23-24 min sentner, yaxud bütün nərəkimilərin yarıdan çoxunu təşkil etmişdir. Dənizdə intensiv tutulma nəticəsində bölgə ehtiyatları və uyğun olaraq tutulması güclü şəkildə azalmışdır. Hazırda balıqartırma zavodlarında süni çoxaltmanın sayəsində dənizdə ehtiyatı xeyli artmışdır.[2]

Bilirsinizmi...

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 62.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 50.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 150.
  4. Берг Л.С. Рыбы пресных вод СССР и сопределъных стран. Ч.1,2,3. 4-ое изд. М.-Л.: Изд-во АН СССР, 1949, 1382 с.

Həmçinin bax

Nərəyəbənzərlər

Nərələr

Xarici keçidlər

Mənbə

  • Faiq Əsgərov, Yuliy Zaytsev, Sissel Tresselt "Xəzər dənizinin möcüzəli, canlı aləmi", "Press-Alliance" nəşriyyatı, Bakı, 2000.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, səh 50.