Xalıq Koroğlu: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 52: Sətir 52:
Xalıq Koroğlu 1955-ci ildə şərqşünas Yevgeniy Bertelsin elmi rəhbərliyi ilə "Xalq dastanı "Şahsənəm və Qərib" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1969-cu ildə isə Şərqşünaslıq İnstitutunda "Oğuz qəhrəmanlıq eposu ("Oğuznamə"nin qəhrəmanlıq dastanları)" mövzusunda dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Xalıq Koroğlu yaradıcılığını bütünlüklə türk xalqlarının folklorunu öyrənməyə həsr etmişdir. O, uzun müddət "Kitabi-Dədə Qorqud" dastanın üzərində çalışmışdır. 1976-cı ildə çap olunan "Oğuz qəhrəmanlıq eposu" kitabıyla qorqudşünaslığın fundamental əsərlərindən birini yaratmışdır.
Mətbuatda 1946-cı ildən çap olunur. 150-dən artıq elmi əsərin müəllifidir. İlk kitabı "Fars-rus, rusfars ümumiqtisadi və xarici ticarət lüğəti" 1957-ci ildə çap olunmuşdur. Orta və ali məktəblər üçün "Uzbekskaya literatura", "Turkmenskaya literatura" dərsliklərinin, "Oğuz qəhrəmanlıq eposu", "Eposun orta Asiya, İran və Azərbaycan xalqları ilə əlaqəsi", "Müasir fars ədəbiyyatı" monoqrafiyalarının və bir sıra başqa ədəbiyyatşünaslıq əsərlərinin müəllifidir. "Quran" və "İncil" əsasında, şamançılıqdan islama qədər (altı dindən) bəhs etdiyi "Ruhani mədəniyyət və bədii ədəbiyyat" mühazirələr silsiləsi dinləyicilərdə xüsusi maraq yaratmışdır.

Xalıq Koroğlu eyni zamanda irandilli xalqların dastanlarının da araşdırmaçısı idi. Onun 1983-cü ildə "Orta Asiya, İran və Azərbaycan eposlarının qarşılıqlı əlaqələri" əsəri çap olunmuşdur.
Koroğlu Xalıq Hüseyn oğlu MDU-nun əməkdar professoru fəxri adını daşıyırdı. O, beynəlxalq türk akademiyasının üzvü, Əl Buxari adına beynəlxalq mükafatın laureatı olmuşdur.

== Vəfatı ==
== Vəfatı ==
Xalıq Koroğlu 2001-ci ilin oktyabr ayında 82 yaşında Moskvada vəfat etmişdir.
Xalıq Koroğlu 2001-ci ilin oktyabr ayında 82 yaşında Moskvada vəfat etmişdir. O, uzun müddət Dədə-Qorquda

== İstinadlar ==
== İstinadlar ==

07:33, 13 sentyabr 2021 tarixindəki versiya

Xalıq Koroğlu
Xalıq Hüseyn oğlu Koroğlu
Doğum tarixi 24 yanvar 1919(1919-01-24)
Vəfat tarixi 2002
İş yeri
  • Moskva Dövlət Universitetinin Filologiya fakültəsi[d]
Təhsili
  • Moskva Dövlət Universitetinin Filologiya fakültəsi[d]
Tanınır filoloq-alim, ədəbiyyatçı, filoloji elmlər doktoru, professor

Xalıq Hüseyn oğlu Koroğlu (1919-2002) — Azərbaycan türkoloqu, ədəbiyyatşünası, filoloji elmlər doktoru, professor.

Həyatı

Xalıq Koroğlu 24 yanvar 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın Sərab şəhərindən köçmüş bir ailədə anadan olmuşdur. O, fars dilində təhsil verən Nizamiyyə mədrəsəsində oxumuşdur. Daha sonra Moskva Tibb İnstitutuna daxil olmuş və 1946-cı ildə oranı bitirmişdir. Lakin Xalıq Koroğlu demək olar ki, həkim kimi fəaliyyət göstərməmişdir. Şərqşünas-alim olmaq istəyən Xalıq Koroğlu azərbaycanca, rusca, farsca, ərəbcə və türkməncəni mükəmməl bilirdi.

Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu dövrdə, yəni 1944-1946-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi dərs demişdir. O, 1947-ci ildə Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi bölməsinə daxil olmuş və 1952-ci ildə həmin universiteti bitirmişdir.

Əmək fəaliyyəti

Xalıq Koroğlu Tibb İnstitutunda oxuduğu ərəfədə, 1944-cü ildən 1947-ci ilə kimi Moskva Şərqşünaslıq İnstitutunda fars dili müəllimi kimi fəaliyyət göstərmişdir. Həmçinin yenə təhsilini davam etdirdiyi illərdə Moskva Dövlət Universitetinin Şərq Dilləri kafedrasının müdiri vəzifəsini icra etmişdir. O, 1958-1971-ci illərdə Böyük Sovet Ensiklopediyasında Şərq ədəbiyyatları sektoruna rəhbərlik etmişdir.

1971-1986-ci illərdə isə SSRİ Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun Folklor şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Xalıq Koroğlu 1986-cı ildən Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin professoru kimi çalışmışdır.

Elmi fəaliyyəti

Xalıq Koroğlu 1955-ci ildə şərqşünas Yevgeniy Bertelsin elmi rəhbərliyi ilə "Xalq dastanı "Şahsənəm və Qərib" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1969-cu ildə isə Şərqşünaslıq İnstitutunda "Oğuz qəhrəmanlıq eposu ("Oğuznamə"nin qəhrəmanlıq dastanları)" mövzusunda dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Xalıq Koroğlu yaradıcılığını bütünlüklə türk xalqlarının folklorunu öyrənməyə həsr etmişdir. O, uzun müddət "Kitabi-Dədə Qorqud" dastanın üzərində çalışmışdır. 1976-cı ildə çap olunan "Oğuz qəhrəmanlıq eposu" kitabıyla qorqudşünaslığın fundamental əsərlərindən birini yaratmışdır.

Xalıq Koroğlu eyni zamanda irandilli xalqların dastanlarının da araşdırmaçısı idi. Onun 1983-cü ildə "Orta Asiya, İran və Azərbaycan eposlarının qarşılıqlı əlaqələri" əsəri çap olunmuşdur.

Vəfatı

Xalıq Koroğlu 2001-ci ilin oktyabr ayında 82 yaşında Moskvada vəfat etmişdir. O, uzun müddət Dədə-Qorquda

İstinadlar