Sənədli film: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Səhifə üzərində işləyirsinizsə '''{{iş gedir}}''' şablonu əlavə edə bilərsiz, işiniz bitdikdən sonra şablonu silməyi unutmayın.
Sətir 1: Sətir 1:
{{iş gedir}}
[[Fayl:BolexH16.jpg|250px|thumb]]
[[Fayl:BolexH16.jpg|250px|thumb]]
'''Sənədli film''' — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların [[film]] formasında tamaşaçılara çatdırma üsulu.<ref>
'''Sənədli film''' — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların [[film]] formasında tamaşaçılara çatdırma üsulu.<ref>

19:11, 24 noyabr 2021 tarixindəki versiya

Sənədli film — müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların film formasında tamaşaçılara çatdırma üsulu.[1] Dünya kinosunun əsası məhz sənədli-xronikal kadrlarla başlamışdır. Qatarın bir başa ağ kətan üzərindən tamaşaçının üstünə doğru sürətlə gəlməsi tamaşaçılarda həyəcan və qorxu əmələ gətirmişdi.

Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilik dərəcəsi baxımından bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, büsbütün incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək olduqca müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyildir. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.

Tarixi

Tərifinə görə, ilk "hərəkətli şəkillər" sənədli filmlər adlanır. Bu cür filmlərdə stansiyaya daxil olan qatar, hərəkət edən gəmi və ya işdən qayıdan bir qrup insan kimi konkret səhnə təsvir edilirdi. İlkin filmlər (1900-cü ilə qədər) hadisələri təsvir edən yenilik və cazibədarlığın təsirinə məruz qalmışdır. Qısametrajlı filmləri “real” filmlər adlandırırdılar. İyirminci əsrin əvvəlinə qədər filmlərdə, əsasən, texniki problemlər üzündən heç bir hekayə yox idi: kameralar yalnız qısa vaxt çəkdi və bir çox erkən filmlər təxminən bir dəqiqə davam etdi.

Qalereya

Həmçinin bax

İstinadlar

  1. Nichols, Bill. Foreword to the new and expanded edition // Grant, Barry Keith; Sloniowski, Jeannette (redaktorlar ). Documenting the Documentary: Close Readings of Documentary Film and Video. Contemporary approaches to film and media series. Detroit: Wayne State University Press (2013 tarixində nəşr olunub). 1998. səh. xiv. ISBN 9780814339725. İstifadə tarixi: 6 July 2020. Even after the word 'documentary' began to designate something that looked like a filmmaking practice, a cinematic tradition, and mode of audience reception, it remains, to this day, a practice without clear boundaries.