Dolayı vergi: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 15: Sətir 15:


== Dolayı vergilərin növləri ==
== Dolayı vergilərin növləri ==
* fiziki şəxs (aksizlər) - malın satış qiymətindən faizlə müəyyən edilən dolayı vergilər; onlar, bir qayda olaraq, istehsalçıların əldə etdikləri izafi mənfəətin dövlət büdcəsinin gəlirinə çıxarılması üçün yüksək gəlirli mallar üçün müəyyən edilir;
* fiziki şəxs (aksizlər) malın satış qiymətindən faizlə müəyyən edilən dolayı vergilər; onlar, bir qayda olaraq, istehsalçıların əldə etdikləri izafi mənfəətin dövlət büdcəsinin gəlirinə çıxarılması üçün yüksək gəlirli mallar üçün müəyyən edilir;
* universal (əlavə dəyər vergisi);
* universal (əlavə dəyər vergisi);
* fiskal inhisarlar - hüquqi və fiziki şəxslər tərəfindən dövlət təşkilatları tərəfindən onlara göstərilən xidmətlərə görə ödənilən ödənişlər; fiskal inhisarlara misal olaraq, məsələn, müxtəlif dövlət lisenziyaları, icazələr, sənədləşmə işləri (möhür rüsumu) və s. buraya satış vergiləri də daxildir.
* fiskal inhisarlar hüquqi və fiziki şəxslər tərəfindən dövlət təşkilatları tərəfindən onlara göstərilən xidmətlərə görə ödənilən ödənişlər; fiskal inhisarlara misal olaraq, məsələn, müxtəlif dövlət lisenziyaları, icazələr, sənədləşmə işləri (möhür rüsumu) və s. buraya satış vergiləri də daxildir.


== İstinadlar ==
== İstinadlar ==

12:56, 14 yanvar 2022 tarixindəki versiya

Dolayı vergi — özündə satılan məhsulların dəyərinə əlavə edilən məbləğlərdən gizli şəkildə vergi tutulmasını əks etdirir. Bu vergi növünə isə əlavə dəyər vergisi, aksizlər, gömrük rüsumları, alış və satış vergiləri daxildir.

Haqqında

Formalaşma mexanizmindəki fərqlərə görə vergilər iki növə ayrılır: birbaşa və dolayı vergilər.

Dolayı vergilərin üstün cəhəti onların gizli, yəni belə desək qapalı olmasındadır. Bir çox insanlar dolayı vergi ödədiyinin fərqində olmadan belə vergi ödəyir. Belə ki, çox vaxt məhsulun dəyərinə dolayı verginin əlavə edildiyi qeyd edilmir. Bu sosial-iqtisadi nöqteyi-nəzərdən çox vacibdir.

Dolayı vergi növünün sayəsində aşağı dəyərli məhsulları iqtisadi rasional səviyyədə dəstəkləmək mümkündür. Bu adətən spirtli içki və tütün məhsulları ilə baş verir. Gömrük rüsumları formasında olan dolayı vergilər dövlətə yerli məhsul istehsalçılarına təsir etməyə, əcnəbi rəqiblərdən qorumağa və onların dünya baazrına çıxmasına kömək edir.

Dolayı vergi növünün əsas çatışmayan cəhəti isə onun əhali arasında vergi yükünün qeyri-bərabər paylanmasını gücləndirməsidir. Aydındır ki, məhsulun dəyərinə dolayı vergi növünün əlavə edilməsi əhalinin varlı təbəqəsi üçün hiss edilməz qalacaq. Lakin yoxsul təbəqə üçün bu heç də eyni şey demək deyil. Dolayı vergilərin digər çatışmayan cəhəti isə onun inflyasiya xarakterli olmasındadır.

Mal istehsal edən və ya xidmət göstərən müəssisənin sahibi onları əlavə haqq daxil olmaqla qiymətə (tarifə) satır və əldə etdiyi gəlirdən dövlətə müvafiq vergi məbləği ödəyir, yəni mahiyyət etibarı ilə o, kollektor, alıcı isə dolayı vergi ödəyicisi.

Dolayı vergi kimi əlavə dəyər vergisi (ƏDV) anlayışı 1918-ci ildə alman sənayeçisi Vilhelm von Simensin ideyası idi. Bu gün effektiv və nisbətən asan toplanması və tətbiqi üçün nəzərdə tutulmuş vergi dünyanın 140-dan çox ölkəsində qüvvədədir[1].

Dolayı vergilərin növləri

  • fiziki şəxs (aksizlər) — malın satış qiymətindən faizlə müəyyən edilən dolayı vergilər; onlar, bir qayda olaraq, istehsalçıların əldə etdikləri izafi mənfəətin dövlət büdcəsinin gəlirinə çıxarılması üçün yüksək gəlirli mallar üçün müəyyən edilir;
  • universal (əlavə dəyər vergisi);
  • fiskal inhisarlar — hüquqi və fiziki şəxslər tərəfindən dövlət təşkilatları tərəfindən onlara göstərilən xidmətlərə görə ödənilən ödənişlər; fiskal inhisarlara misal olaraq, məsələn, müxtəlif dövlət lisenziyaları, icazələr, sənədləşmə işləri (möhür rüsumu) və s. buraya satış vergiləri də daxildir.

İstinadlar

Ədəbiyyat