Qiymə Nisar: Redaktələr arasındakı fərq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Əllə geri qaytarma Mobil redaktə Mobil veb redaktə Təkmilləşdirilmiş mobil redaktə
k Bot: tənzimləmə
 
Sətir 1: Sətir 1:
[[Şəkil:Gheame-nesar 3.jpg|thumb|250px|Qiymə Nisar]]
[[Fayl:Gheame-nesar 3.jpg|thumb|250px|Qiymə Nisar]]


'''Qiymə Nisar''' yalnız [[Qəzvin ostanı|Qəzvin bölgəsi]]nə aid olan yemək növüdür.<ref name="Səhər">[https://azeri.sahartv.ir/tv/no_comment-i231929-q%C4%B0ym%C6%8F_n%C4%B0sar_qarasi_fest%C4%B0vali_q%C6%8Fzv%C4%B0n Sahar Azeri TV]</ref> Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil.
'''Qiymə Nisar''' yalnız [[Qəzvin ostanı|Qəzvin bölgəsi]]nə aid olan yemək növüdür.<ref name="Səhər">[https://azeri.sahartv.ir/tv/no_comment-i231929-q%C4%B0ym%C6%8F_n%C4%B0sar_qarasi_fest%C4%B0vali_q%C6%8Fzv%C4%B0n Sahar Azeri TV]</ref> Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil.
Sətir 26: Sətir 26:
*[https://namnak.com/%D9%82%DB%8C%D9%85%D9%87-%D9%86%D8%AB%D8%A7%D8%B1.p14632 Nəmnak]
*[https://namnak.com/%D9%82%DB%8C%D9%85%D9%87-%D9%86%D8%AB%D8%A7%D8%B1.p14632 Nəmnak]


[[Kateqoriya: Qəzvin mətbəxi]]
[[Kateqoriya:Qəzvin mətbəxi]]

Səhifəsinin 21:41, 26 aprel 2023 tarixinə olan son versiyası

Qiymə Nisar

Qiymə Nisar yalnız Qəzvin bölgəsinə aid olan yemək növüdür.[1] Qiymə Nisar, Qiymədən fərqli olaraq sulu deyil.

Lazım olan ərzaqlar

[redaktə | mənbəni redaktə et]
  • 3 stəkan isladılmış düyü
  • 350 qram qıyılmış ət
  • 2 ədəd incə doğranmış soğan
  • 1 yemək qaşığı portağal qabığı dilimləri
  • Yarım stəkan yağ
  • 2 yemək qaşığı tomat pastası
  • 1 çay qaşığı qara ədviyyəsi
  • 1 çay qaşığı plov ədviyyəsi
  • Yarım fincan gülab
  • 1 yemək qaşığı dəmlənmiş zəfəran
  • Yarım stəkan qurudulmuş zirinc
  • Lazım olan miqdarda limon tozu
  • Lazım olan miqdarda duz
  • 4 yemək qaşığı püstə və badam dilimləri

Hazırlanma qaydası

[redaktə | mənbəni redaktə et]

İlk olaraq uyğun bir tava seçib, ocaq üstünə qoyub, içinə yağı töküb qızdırın. Sonra öncədən doğranmış soğanları töküb yaxşıcasına qızardın, belə ki soğanın rəngi qızıla çevirilsin. Soğanı qovurduqdan sonra doğranmış əti yağın içinə töküb və qovurun. Qovurma zamanı ətə bir az sarıkök əlavə edib və ədviyyatın ətrini almaq üçün bir az qızardın. Ətin rəngi dəyişdikdə və pis qoxusunun aradan qaldırılmasından sonra daha yaxşı rəng almaq üçün tomat pastası əlavə edib qovurun . Bu addımdan sonra qaraya 3 stəkan su töküb, ət və ləpənin yaxşı bişməsi və suyunun çəkilməsi üçün qabın qapağını örtün. Son 2 dəqiqəlik bişmədə qaynadılması üçün içərisinə gül suyu və bir az zəfəran töküb, qabaqcadan isladılmış düyünü süzün. Öncədən nəzərdə tutulmuş qabın içinə bir az su və yağ töküb, qoyarıq qızsın. Sonra isə qaba süzülmüş düyünün bir qismini töküb, üzərinə limon tozu və plov ədviyyələri tökərik. Sonra düyü və ədviyyatlara bir qat qiymə töküb və bu addımı eyni şəkildə 2-3 yol təkrar edin. Qazanı azacıq odun üstünə qoyub və düyünün qaynadılmasına icazə verin. İndi isə dilimlənmiş badam və püstələri 15 dəqiqə gül suyunda qaynadın. Təzə portağal qabığından istifadə edirsinizsə, portağal qabığını yuyub incə dilimlərə kəsməlisiniz. Sonra portağal qabığını 3 dəfə qaynar suya qoyub və acılığını aradan qaldırmaq üçün bir neçə qaynadan sonra od üstündən götürün. Qurudulmuş zirincləri yuyub və 50 qram kərə yağı və bir çörək qaşığı şəkər ilə qovurma qabına qovurun. Sonra dilimlənmiş badam, püstə və portağalları zirincin üzərinə əlavə edib bir az qızardın. Bir yemək qaşığı zəfəran dəmləyib və dilimlərə əlavə edin və suyun çəkilməsinə icazə verin. Sonra od üstündən götürün. Düyü bişdikdən sonra düyüyə bir az isti yağ əlavə edin. Qaranı bəzəmək üçün qızardılmış zirinc, dilimlənmiş badam və dilimlənmiş püstə ilə bir az zəfəran düyünün üzərinə gəzdirin.

  1. Sahar Azeri TV